Bizim haqda

 

Bizim haqqımızda

Əl- Mustafa Beynəlxalq Virtual Universiteti islami, insani və ictimai elimlərin təhsilini özünə hədəf seçən elmi-mədəni və beynəlxalq bir sistemdir. Əl- Mustafa Beynəlxalq Universiteti virtual aləmin yeniliklərindən faydalanmaqla dünyanın hər hansı bir yerində yaşamasından asılı olmayaraq, məzhəb, milliyyət, cinsiyyət və coğrafi fərqlilik məhdudiyyəti qoymadan bütün elmsevərlər üçün, islami və insani elimləri öyrənməyə bərabər fürsət yaratmaqla, təqvalı alim və mütəxəssis yetişdirməklə yanaşı, əsil islamı açıqlayır və bütün dünyaya çatdırır. Beləliklə, bütün insanların islam maarifi, quran və əhli-beytin (ə) hidayəti ilə tanış olmasına şərait yaradır.    

Mövqe və əhəmiyyəti

Bu unversitet Əl-Muatafa Beynəlxalq Universitetinin nəzdində, İran islam respublikasının təhsil nazirliyinin rəsmi icazəsilə fəaliyyət göstərir və elmi diplomları beynəlxalq səviyyədə mötəbərdir.

Hədəflər və vəzifələr

İslami və insani elimlərdə savadlı alimlər yetişdirmək;

Virtual aləmdə müxtəlif dillərdə islam dinini və əhli-beytin (ə) maarifini gözəl şəkildə insanlara çatdırmaq;

Əl-Mustafa (s) unversitetində əyani təhsil almış tələbələrin virtual şəkildə təhsil almalarını asanlaşırmaq və təmin etmək.

 

Unversitetin iştirakçıları

Məzhəb və milliyyətində heç bir məhdudiyyət qoyulmadan bütün dünya müsalmanları;

Müxtəlif din və milliyyətlərdən olan islam maarif və mədəniyyətini sevənlər;

Müxtəlif təhsil səviyyələri olan kişi və qadın təbəqələri. ( ali təhsilli / ümumi )

Təhsil dövrələri

Bu elmi- tərbiyəvi sistem, ilkin bakalavr, bakalavr, magistrantura və qısa müddətli dövrələrdə müxtəlif ixtisas və dövrələr təşkil etməklə, bütün dünyada yaşayan elm sevərlərin ehtiyaclarını təmin etməyə çalışır.

Əl-Mustafa (s) virtual unversitetinin əsas üstünlükləri

Virtual aləmdə islami və insani elmlərdə təlim və tərbiyə sahəsində 10 ildən artıq təcrübəyə malikdir;

İlkin bakalavr, bakalavr və magistrantura təhsil səviyyəsində, təhsil fakültələrinin müxtəlifliyi; ( Fakültələr: fiqh və hüquq, quran və hədis, əxlaq və tərbiyə, fəlsəfə, kəlam və irfan, islami araşdırmalar, tarix, dinlər və məzhəblər, dil və ədəbiyyat, insani və ictimai elmlər və...)

İştirakçıların ehtiyaclarına uyğun qısa müddətli müxtəlif dövrələrin təşkili;

Təhsil və əlaqələr sahəsində yeniliklərdən faydalanır;

Mötəbər elmi mənbələrə onlayn əl tapmaq;

Dünyanın mühüm dillərində təhsil proqramının icrası;

Mütəxəssis alimlərin elmi məsləhətlərindən faydalanmaq;

Beynəlxalq mötəbər elmi diplomun verilməsi.

Təhsil forması

Virtual unversitetdə təhsil, internet və mobil telefon sistemləri şəkilində uzaqdan elm öyrənməyin ən yeni üslublarından faydalanan təhsil formasıdır. Bu üslubda, qeydiyyatın bütün mərhələləri, dərs seçimi, təhsili qiymətləndirmə, təhsil xidmətləri, araşdırma və mədəni xidmətlər mexaniki şəkildə yerinə yetirilir. Elm sevərlər onlara təqdim edilən müxtəlif və gözəl mətnlər və savadlı müəllimlərdən faydalanmaqla, elm qüllələrin fəth edib, islamın təlimləri sayəsində daha gözəl yaşamaq hissini təcrübə edirlər.

 

İnstitutlar

Quran və hədis institutu

İslam araşdırmaları institutu

Fiqh və hüquq institutu

Əxlaq və tərbiyə institutu

Fəlsəfə və kəlam institutu

Dinlər və məzhəblər institutu

Dil və ədəbiyyat institutu

İctimai araşdırmalar institutu

Coğrafi mövqeyi

Unversitetin mərkəzi idarəsi İran islam respublikasının müqəddəs Qum şəhərindədir. Dünyanın müxtəlif nöqtələrində nümayəndəlik idarələri və şöbələri var.

 

Bizilmə əlaqə

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+98 25 32114115

təbliğatçımıza

Şəbəkələr-saytlar

Üzvlük xəbər bülleteni