Böyük Ruha Sahib İnsanın Xasiyyəti

 

 

Əl-Mustafa Beynəlxalq Virtual Universitetində, Yanvar ayının üçü Dr. Tofiq Əsədovun "Böyük Ruha Sahib İnsanın Xasiyyəti" adlı elmi vebinarı oldu. Ustad Tofiq Əsədov bu vebinarda böyük ruha və geniş qəlbə sahib olan bir şəxsin 16 əsas xasiyyətinə toxunub və hər bir xasiyyət haqda önəmli izahlar verdi. Bu xarakterlərin hər birinin İslam dinində özünəməxsus yerə sahib olduğuna təkid edən hörmətli Dr. Əsədov, bəzi xasiyyətlərin şərhində müqəddəs qaynaqlardan da sitatlar gətirdi. Yüzdən çox tələbənin iştirak edərək, çox böyük həvəslə dinlədikləri bu elmi söhbət, bir saat davam etdi. Əziz tələbələr ustadın hər bir çıxışında olduğu kimi, bu vebinarında da öz suallarını və mövzu ilə əlaqədar xoş təəssüratlarını bir başa  sayta yazır və hətta dəyərli ustad Tofiqin çıxışı haqda öz azad fikirlərini iştirakçı tələbələrlə bölüşürdülər. Sonda, əziz ustad tərəfindən hər kəsə bu yüksək xasiyyətlərə sahib olmaları və bu xasiyyətlərin hamısını qazanma yolunda daim cəhd etmələri olundu.

Bizilmə əlaqə

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+98 25 32114115

təbliğatçımıza

Şəbəkələr-saytlar

Üzvlük xəbər bülleteni