Həftəlik onlayn dua məclislərinin təşkil edilməsi;
Hər həftə, müxtəlif millətlərdən olan tələbələrin onlayn əlaqə ilə birgə dua məclisi qurulur. O cümlədən: Kumeyl duası, Əmirəl-mömininin (ə) minacatı, "Minacati-xəmsə əşərə" –dən seçmələr, "Səhifeyi-səccadiyyə" –dən seçmələr, Mücir duası, Yəstəşir duası, Məşlul duası, Semat duası, Məkarimül-əxlaq duası, Təvəssül duası, Kəsa duası və sair.
Sosioloji disputların onlayn təşkili və icrası
Onlayn proqramlar müəllim və şagirdlərin əyani görüşünün virtual təşkilidir. Bu sahədə təşkil olunan sosioloji disputlar, tələbələrin dünya görüşünü artırmaq və təhlil qüvvələrini inkişaf etdirmək üçün nəzərdə tutulmudur.
Praktik təhsil
Praktik təhsil və məharətlərin inkişafı təlimləri, MBVU-nin hədəflərindən biridir. Bu təlimlər, tələbələrin istək və təlim ehtiyacına bağlı olaraq, tənzimlənərək təqdim edilir. Onların istedadları nəzərdə alınaraq, təbliğ və tədris bacarıqları genişləndirilir.
- Onlayn əxlaq-mənəviyyat disputları
Bu proqramlar, müəllim və şagirdin əyani görüşünün virtual canlandırılmasıdır. Burada, əxlaqi bəhslər müzakirə edilir. Başqa təbirlə desək; Dini hövzədə daim icra edilən "Əxlaq dərsləri" icra edilir. Tərbiyə və mədəni-maarif ofisi, bu proqramlara xüsusi diqqət yetirir.
- Onlayn müşavirə disputları
Gündəlik qarşılaşa biləcəyimiz mövzular, o cümlədən: zaman idarəçiliyi, evlənmək, həyat yoldaşı ilə davranış, iztirab və nevroz halları və sair məsələlər, diqqət, təfəkkür, öyrənmək, təcrübə və məşvərət tələb edir. Tərbiyə və mədəni-maarif ofisinin onlayn müşavirə disputları bu məsləhət ehtiyaclarının təmin edilməsi üçün ciddi şəkildə münasib fəzanı yaradır və ona nəzarət edir.