Ən çox verilən suallar

Bu cədvəl yalnız qəbula aid suallar üçün hazırlanmış və digər bölümlərin suallarını əhatə etmir.

1.       

Universitetə qeydiyyat üçün lazım olan sənədlər hansılardır?

 

 

-         1. Sənəd üçün yeni şəkil 3\4 (pasport şəkli əndazəsində, dpi 400 mgp) ( xanımlar üçün hicablı şəkil )

-         2. Sonuncu təhsil sənədinin surəti

-         3. İranlı olmayan şəxslər üçün beynəlxalq səviyyədə tanınan şəxsiyyət vəsiqəsini (pasport) təsdiq edən mötəbər qeydiyyat sənədinin surəti

-         4. Xaricdə yaşayan iranlılar: şəxsiyyət vəsiqəsi, pasport, milli kart (kimlik)

Qeyd: Xaricdə  yaşayan iranlılar, universitetdə təhsilə başladıqları zamandan etibarən, iki il müddətindəki yaşayış qeydiyyatı haqqında şəhadətnaməni, təhsilini başa vurmamışdan öncə təqdim etməlidir. Belə olmadığı təqdirdə, təhsil nazirliyinin əsasnaməsinə uyğun olaraq, onlara əl-Mustafa Beynəlxalq Universitetinin diplomu təqdim edilməyəcəkdir.

 

2.       

Universitetdə qeydiyyat üçün lazım olan təhsil sənədləri hansılardır?

 

–       İlkin bakalavr və bakalavr: Attestat

–       Magistrantura: Bakalavr diplomu

Qeyd: Eyni səviyyəyə aid ya qeydiyyat etmək istədiyi dövrədən yuxarı olan təhsil sənədi də təsdiq edilir. Məsələn Əl-Mustafa Beynəlxalq Universitetinin bakalavr pilləsində qeydiyyatdan keçmək üçün, bakalvr diplomunu təqdim etmək olar.

3.       

Əvvəlcə qeydiyyatdan keçib sonra sənədləri göndərmək olarmı?

Xeyr. Ən gec qeydiyyat zamanı lazım olan sənədlər yüklənməlidir. Hansısa haqlı səbəb olduğu zaman, öhdəçilik səhifəsini tamamlamaqla yanaşı, təhsil smestrinin sonuna kimi lazım olan sənədləri göndərməlisiniz. Belə olmadığı təqdirdə, təhsildən məhrum olacaqsınız.

4.       

Sənədlərimi necə yollamalıyam?

Universitetin qeydiyyat sistemində profil bölümüdə, sənədlərinizi yükləyin.

5.       

Sənədlərimizi göndərmək üçün nə vaxta kimi fürsətimiz var?

Maksimum birinci smestrin sonuna kimi.

Belə olmadığı təqdirdə, qısa müddətli təhsil bölümlərinə keçə bilərsiz.

 

6.       

Diolomum olmasa qeydiyyatdan keçə bilərəmmi?

Yalnız İran ya xaricdəki İran məktəblərində təhsil alıb və İranın təhsil nazirliyindən attestat alan şəxslərə, diplomun surətini təqdim etmək zəruridir.

Digər şəxslərin qəbulu üçün, sonuncu təhsil sənədinin surətini təqdim etmək, kifayət edir.

 

 

7.       

Təhsil sənədimiz İranda mötəbər olmadıqda, qeydiyyat mümkündürmü?

Hər hansı bir ölkənin təhsil nazirliyinin təsdiq etdiyi attestat, ilkin bakalavr və bakalavr təhsil sənədlərini, İran islam respublikasının elm, təhsil və texnologiyalar nazirliyi də təsdiq etməlidir.

 

 

 

8.       

Əl- Mustafa (s) Beynəlxalq Virtual Universitetində qəbul prosesi hansı formadadır?

Qeydiyyat universitetin məlumatlandırma bazasında mövcud olan mou.ir ünvanındakı saytla aparılır. Qeydiyyat prosesi aşağıdakı mərhələləri əhatə edir:

1-     Şəxsi məlumatları daxil etmək

2-     Təhsil dövrəsinin seçilməsi

3-     Sənədlərin yüklənməsi

4-     Elmsevərin final qeydiyyatı təsdiq etməsi

5-     Universitetin qəbulu təsdiq etməsi və tələbənin şəxsi səhifənizə daxil olması üçün, təhsil kodu və istifadəçi adının verilməsi. ( Təhsil kodu və parol tələbənin emailinə göndərilir.)

Bu mərhələdən sonra, universitetdə aidiyyatı ekspertlər sənədləri təsdiq edərsə, elmsevər tələbəlik mərhələsinə daxil olur. Elmsevər şəxsi səhifə vasitəsi ilə təhsilə başlayır.

9.       

Final qəbulundan sonra, universitetdə təhsilə necə başlaya bilərəm?

Tələbə kodu və parolu aldıqdan sonra, şəxsi səhifənizə girib, birinci smestrdə istədiyiniz dərsi seçirsiz.  Təlim təqviminə uyğun, onlayn dərslərdən istifadə edəcəksiniz.

Bu mərhələdən sonra, tələbənin şəxsi səhifəsi vasitəsi ilə bütün məlumatlar çatdırılacaqdır.

10.  

İstifadəçi adı və parolunda müşkül yarandıqda ya onu almadıqda və unutduqda, nə etməliyik?

İlkin qeydiyyat səhifənizə daxil olub, parolu unutdum cümləsini seçirsiz. Üç seçimli bir cədvəl açılacaq. Lazım olan kəlməni seçib, sonrakı mərhələdə mötəbər email ünvanını yazırsız. Lazımi məlumatlar tələbənin emailinə göndəriləcəkdir.

11.  

Əl- Mustafa (s) Beynəlxalq Virtual Universiteti, universiteti bitirən tələbələrə hansı diplomu verir?

 Əl-Mustafa Beynəlxalq Universiteti ilkin bakalavr, bakalavr, magistr pillələrində, şərait mövcud olduqda İran islam respublikasının elm, təhsil və texnologiyalar nazirliyinin təsdiq etdiyi mötəbər beynəlxalq diplomlar verilir.

12.  

Əl- Mustafa (s) Beynəlxalq Virtual Universitetinin diplomlarını, İranın təhsil nazirliyi təsdiq edirmi?

Bəli. Əl- Mustafa (s) Beynəlxalq Virtual Universitetinin təqdim etdiyi diplomları, İran islam respublikasının elm, təhsil və texnologiyalar nazirliyi təsdiqləyir. Bu diplomların elektronik təlimi mötəbər bilən bütün ölkələrdə, elmi mötəbərliyi var.

13.  

Təhsil sənədində, elektronik təlimin forması ifadə edilirmi ?

Bəli. Elm, təhsil və texnologiyalar nazirliyinin qanunlarına əsasən, diplomlarda təlim forması ifadə edilməlidir.

14.  

Tibb sahəsində dokturantura diplomu ilə magistrantura pilləsində təhsil almaq olarmı?

Magistrantura təhsilinin bir-çox fakültəsində, elmsevərin təhsil sənədinin uyğunluğu şərt deyil. Bu məhdudiyyət bəzi təhsil fakültələrinə aiddir ki, fakültələri tanıtdırarkən xüsusi olaraq qeyd olunmuşdur.

15.  

Fakültəyə aid olmayan ilkin bakalavr kimi yuxarı təhsil sənədinə malik olduqda, bakalavr dövrəsində iştirak etmək olarmı?

Bəli. Siz ilkin bakalavr diplomu ilə universitetin bakalavr pilləsində iştirak edə bilərsiz. Əlbəttə sizin əvvəlki təhsil fakültənizin dərsləri, bakalavr pilləsindəki dərslərinə bərabər olarsa, tətbiq ediləcəkdir. Universitetin əsasnaməsinə uyğun olaraq, qiymətləriniz qəbul ediləcək.

16. 9

Təhsili davam etdirmək üçün, Əl- Mustafa (s) Beynəlxalq Universitetinin əyani bölümlərindən, Əl- Mustafa (s) Beynəlxalq Virtual Universitetinə keçmək mümkündürmü?

Bəli. Siz Əl- Mustafa (s) Beynəlxalq Universitetinin əyani bölümündə ən azı bir smestr təhsil aldıqdan sonra, əyani təhsil aldığınız yerdən transfer tələbi ilə və təhsil departamenti heyətinin təsdiqi ilə, Əl- Mustafa (s) Beynəlxalq Virtual Universitetinə keçə bilərsiz.

17.  

Uzun müddətli dövrələrdə iştirak etmək üçün, giriş testinə ehtiyac varmı?

Xeyr. Lakin birinci smestrdə elmsevərlərin elmi qiymətləndirilməsi, kurs arası imtahan, təlimi vəzifələr və kurs sonunda imtahan götürməklə yerinə yetirilir. Ümumilikdə qəbul xalı qazanan tələbələr, sonrakı smestrlərə keçəcəklər.

18.  

Qeydiyyatdan keçəndən və smestr başlayandan sonra, hansısa bir müşkülə görə həmin smestrdə iştirak edə bilməsəm, nə etməliyəm? Sonrakı smestrdə təhsil almağım mümkündürmü?

Universitetin tələbə xidmətləri bölümü ilə ünsiyyətdə olun. Şəraiti nəzərə alaraq, təhsil məzuniyyəti ya təhsil kodunu sonrakı smestrə keçirməkdən istifadə edin.

19.  

Birinci smestr kəsilsəm, yenidən təhsil almaq mümükündürmü?

Bəli. Yenidən təhsil almaq üçün, istədiyiniz fakültə və dövrədə qeydiyyat mərhələlərinin hamısını əvvəlindən sonuna kimi keçməlisiniz.

20.  

İstifadəçi kodu nədir?

 

 

 

Qeydiyyat qurtardıqdan və final qeydiyyatı təsdiq etdikdən sonra, təhsil kodu və parolunuzun qeyd olunduğu bir mesaj email postunuza göndəriləcəkdir. Bundan sonra şəxsi səhifənizə daxil olub və universitetdə təhsilə başlaya bilərsiz.

 

 

Bizilmə əlaqə

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+98 25 32114115

təbliğatçımıza

Şəbəkələr-saytlar

Üzvlük xəbər bülleteni