Virtual universitetdə təhsil forması

Virtual universitetdə təhsil forması

Əl-Muatafa Beynəlxalq Universitetində təhsil, internet və mobil telefon sistemləri şəkilində uzaqdan elm öyrənməyin ən yeni üslublarından faydalanan təhsil formasıdır. Bu üslubda, qeydiyyatın bütün mərhələləri, dərs seçimi, təhsili qiymətləndirmə, təhsil xidmətləri, araşdırma və mədəni xidmətlər mexaniki şəkildə yerinə yetirilir. Elm sevərlər onlara təqdim edilən müxtəlif və gözəl mətnlər və savadlı müəllimlərdən faydalanmaqla, elm qüllələrin fəth edib, islam təlimləri sayəsində daha gözəl yaşamaq hissini təcrübə edirlər.

Dərslərin mətni: Mütəxəssis ustadların hazırladığı dərslərin çoxu, o qədər sadə yazılmışdır ki, tələbə onu asanlıqla başa düşəcəkdir. Daha çox izaha ehtiyac duyulan dərslərdə, dərs mətnindən əlavə, ustadın səsli və videolu dərsi tələbələrə məxsus səhifədə yerləşdirilmişdir.

 

Onlayn dərslər : Dərslərin açıqlanması və tələbələrin suallarına cavab vermək məqsədi ilə, onlayn dərslər nəzərdə tutulmuşdur. Virtual dərslərin yeniliklərindən istifadə olunan bu dərslərdə, ustadların dərsi səs və video ilə icra etməsi, ustad və şagird arasında sual və cavab, müxtəlif növ mətnlərin qoyulması, elmi müzakirə, şagirdlərin məşq və praktikası və ... mümkündür.

 

Sinif tapşırıqları : Mətnin daha yaxşı başa düşülməsi üçün, sinif tapşırıqları bölümündə ustad ya dövrə müdiri tərəfindən sinif tapşırıqları qoyulur. Tələbələr müəyyən edilmiş müddətdə, sinif tapşırıqlarını həmin bölümə göndərməlidirlər.  

Sinif məqalə işi : Dərsin əhəmiyyətinə və dövrə müdiri ya dərsin ustadının məsləhətinə uyğun, bəzi dərslər üçün sinif məqalə işi mövzusu müəyyən edilir. Tələbə dövrə müdiri ya ustadın göstərişinə uyğun olaraq sinif məqalə işini göndərməlidir.

İmtahanlar və təhsili dəyərləndirmə

Dəyərli tələbələrin təhsil inkişafını müəyyən etmək üçün, yoxlama ( hər dərsin sonunda ), kurs arası və sonundakı imtahanların təşkil edilməsi (yazılı ya şifahi), sinif məqalələ işi, elmi seminarlar kimi müxtəlif üslublardan istifadə etməklə, təhsil səviyyəsi və dövrəsinə uyğun olan dərslərin dəyərləndirilməsi, elan olunmuş proqrama uyğun olaraq icra edilir.

İmtahanların çoxu mexaniki olaraq internetlə icra edilir. İmtahanların bəzisi virtual universitetə ya onun nümayəndəlik və filiallarına getməklə icra olunacaqdır.

Bizilmə əlaqə

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+98 25 32114115

təbliğatçımıza

Şəbəkələr-saytlar

Üzvlük xəbər bülleteni