Beynəlxalq Quran hədis olimpiadası

Beynəlxalq Quran və hədis olimpiadası

Əl-Mustafa Beynəlxalq Quran və hədis olimpiadası bir neçə müsabiqədən ibarətdir. Hər il əl-Mustafa Beynəlxalq Universiteti tərəfindən ona bağlı mərkəzlərdə tələbələr və Quran həvəskarları arasında keçirilir. Bu olimpiada  iştirakçılar, milli mənsubiyyət və müsabiqə bölümlərinin rəngarəngliyi, həmçinin müxtəlif ölkələrdə eyni zamanda icrası baxımından misilsizdir.

Əl-Mustafa Beynəlxalq Quran və hədis olimpiadası indiyədək iyirmi bir dəfə təşkil edilmişdir. İyirmi ikinci olimpiyada isə 2017 Fevral ayının sonlarında təşkil edilib.

 

Hədəflər

*Qurani-kərimin və məsumların (ə) həyat bəxş edən maarifini yaymaq

 

*Əl-Mustafa Beynəlxalq Universitetinin tələbələrinin Qurani-kərimin məharət və fənnlərinə yiyələnməsinə rəvac vermək

 

*İştirakçıların Quran, hədis və dualarla üns tutmasına şərait yaratmaq

* Əl-Mustafa Beynəlxalq Universitetinin və Elmi hövzələrin Quran və hədis sahəsindəki uğurları və potensiallarıni daha yaxşı analiz etmək

*Beynəlxalq arenada Quran və hədis sahəsində xüsusi istedadı olan şəxsləri, seçilmişləri tanımaq

*Quran və hədis sahəsində fəaliyyət göstərən nümunəvi və müvəffəq ülgüləri tanımaq və təqdir etmək

*Müxtəlif ölkələrdə yerləşən Quran mərkəzləri, fəaliyyət qüvvələri və tələbələri ilə geniş və sıx əlaqə yaratmaq

* Əl-Mustafa Beynəlxalq Universitetinin Quran və hədis sahəsindəki müxtəlif təlim, təhsil və fəaliyyətlərini ölçüb-qiymətləndirmə, hədəfə uyğunluğunu dəyərləndirmə və möhkəmləndirmə

 

İştirakçılar

* Əl-Mustafa Beynəlxalq Universitetinin SƏJA sistemində təhsil koduna malik İranlı və İranlı olmayan tələbələr, məzunlar bu olimpiyadada iştirak edə bilərlər.

Olimpiyadanın bölümləri

Bu olimpiyada 3 əsas bölümdə fəaliyyət göstərir:

  • Tədqiqat (əsərlər)
  • Yazılı müsabiqələr
  • Hünər

 Əl-Mustafa Beynəlxalq Virtual Universitetinin tələbələri 14-cü olimpiyadadan etibarən bu müsabiqələrdə iştiraka başlamışdır. Hər üç bölümdə seçilmiş və yüksək rütbə-məqamları əldə edə bilmişdir.

 

Bizilmə əlaqə

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+98 25 32114115

təbliğatçımıza

Şəbəkələr-saytlar

Üzvlük xəbər bülleteni