Təhsil proqramları

Təhsil proqramları

Virtual təhsilin zəruriliyi

Əyani təhsildə məhdudiyyətlərin olması bir tərəfdən, digər bir tərəfdən elmsevərlərin elm və fənləri öyrənməyə ehtiyaclarının olması və informasiya sahəsindəki sürətli inkişaf,  təsirli təhsil və bərabər formalı fürsətin olmasına yeni baxışların yaranmasına səbəb oldu. Yeni yaranmış sahələrdən biri, internet vasitəsi ilə ( E- Learning) uzaqdan təhsildir. Bu üslubda, təhsil almaq istəyən elmsevərlərin bütün qeydiyyat mərhələləri, dərs seçimi, dərsə baxmaq, müəllim və şagird arasında sual və cavab, imtahanlar və təhsili dəyərləndirmə, təhsil-araşdırma xidmətləri, elektron formada yerinə yetirilir.Elmsevərlər zaman və məkan məhdudiyyəti olmadan, təqdim olunan mətndən faydalanırlar. Müəllim və müdirlər də, onlarda olan imkanlardan istifadə etməklə elmsevərlərin inkişaf dərəcəsini yoxlayıb, onlar üçün fərdi ya dəstə formasında dərs proqramı verə bilərlər.

Təhsil proqramları

Unversitetdə dəyərli iştirakçıların ehtiyaclarına uyğun olaraq müxtəlif təhsil proqramları təyin edilmişdir:

a.Təhsilin müxtəlif səviyyələrində (ilkin bakalavr, bakalavr, magistratura) olan fakültələr:

Bu proqram islami və insani elmlərin müxtəlif fakültələrindədir: Quran və hədis, fiqh və hüquq, kəlam, fəlsəfə və irfan, islam araşdırmaları, islamda şiəlik, fars dili, əxlaq və tərbiyə təhsilin müxtəlif səviyyələrində və bir neçə dildə icra olur.

 

 

 

 

İlkin bakalavr

Bu təhsil səviyyəsi ən az dörd smestirdə icra olur. Qurtardıqdan sonra tələbələrə İran islam respublikasının təhsil nazirliyinin ilkin bakalavrının rəsmi diplomu verilir.

Bakalavr

Bu təhsil səviyyəsi ən az səkkiz smestirdə icra olur. Qurtardıqdan sonra tələbələrə İran islam respublikasının təhsil nazirliyinin bakalavrının rəsmi diplomu verilir.

Magistratura

Bu təhsil səviyyəsi ən az dörd smestirdə icra olur. Qurtardıqdan sonra tələbələrə İran islam respublikasının təhsil nazirliyinin magistranturasının rəsmi diplomu verilir.

Doktorantura

Hələlik doktorantura səviyyəsinin icrası üçün İran islam respublikasında icazə verilməyibdir. Təhsil nazirliyinin icazəsi alındıqdan sonra, bu universitetdə də icra olunacaqdır.

 

  1. Qısa müddətli dövrələr

* Bu təhsil proqramı, dünyanın hər yerində elmsevərlərin müxtəlif səviyyə və ehtiyaclarına uyğun olaraq dövrələr formasında təşkil edilir.

* Bu proqramın imtiyazı, mövzuların müxtəlifliyi, praktiki olması və dövrənin qısa olmasındadır.

* Hər dövrənin sonunda, unversitetin rəsmi sertifkatı veriləcəkdir.

  1. Qum və Nəcəf əşrəf elmi hövzələrinin dərsləri

Əl-Muatafa Beynəlxalq Universitetinin iştirakçılarının əsas istəklərindən biri, şiənin mötəbər elmi hövzələrinin dərslərini öyrənməyə şəraitin yaradılmasıdır. Virtual universitet bu bölümü təşkil etməklə Qum və Nəcəf əşrəf elmi hövzələrinin görkəmli alimlərinin dərslərini elmsevərlərin ixtiyarında qoymaq istəyir.

  1. Dörd səviyyədə hövzəvi təhsil proqramı

Universitetin əsas proqramlarından biri, birinci, ikinci, üçüncü və dördüncü səviyyələri əhatə edən hövzəvi dörd səviyyə formasında rəsmi təhsil dövrələrin təşkilidir. Büdcə təmin olunduğu zaman, inşallah gələn iki ildə bu iş görüləcəkdir. Bu dövrə Əl-Muatafa Beynəlxalq Universitetinin tələbələrinə məxsusdur.  

  1. Fars dili təhsil dövrəsi

Universitetin çox faydalı və praktiki proqramlarından biri, qədim və zəngin dil olan fars dilini bu dili sevənlərə öyrətməkdir.

Bu proqram üç smestirdə (9 ay) planlaşdırılmışdır. Tələbələr bu dövrədə iştirak etdikdən sonra, oxumaq, danışmaq, dinləmək və yazmağı əhatə edən dörd mərhəlni bacaracaq və fars dilində yazılmış əsərləri oxumaqla, islamın böyük mədəniyyətinin zəngin ədəbi mənbələrindən istifadə edə biləcəklər. Həmçinin İran, Əfqanıstan və Tacikistan kimi fars dilli ölkələrə səfər etdikdə, təqribən fars dilində danışan 150 milyon insanla asanlıqla ünsiyyət qura biləcəklər.

Bu dövrələri bitirən tələbələrə, universitetin rəsmi sertifkatı veriləcəkdir.

Bizilmə əlaqə

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+98 25 32114115

təbliğatçımıza

Şəbəkələr-saytlar

Üzvlük xəbər bülleteni