Ən çox verilən suallar

1.      

Universitetə qeydiyyat üçün lazım olan sənədlər hansılardır?

 

-         1. Sənəd üçün yeni şəkil 3\4 (pasport şəkli əndazəsində, dpi 400 mgp) ( xanımlar üçün hicablı şəkil )

-         2. Sonuncu təhsil sənədinin surəti

-         3. İranlı olmayan şəxslər üçün beynəlxalq səviyyədə tanınan şəxsiyyət vəsiqəsini (pasport) təsdiq edən mötəbər qeydiyyat sənədinin surəti

-         4. Xaricdə yaşayan iranlılar: şəxsiyyət vəsiqəsi, pasport, milli kart (kimlik)

Qeyd: Xaricdə  yaşayan iranlılar, universitetdə təhsilə başladıqları zamandan etibarən, iki il müddətindəki yaşayış qeydiyyatı haqqında şəhadətnaməni, təhsilini başa vurmamışdan öncə təqdim etməlidir. Belə olmadığı təqdirdə, təhsil nazirliyinin əsasnaməsinə uyğun olaraq, onlara əl-Mustafa Beynəlxalq Universitetinin diplomu təqdim edilməyəcəkdir.

2.      

Əl- Mustafa (s) Beynəlxalq Universitetinin rəsmi diplomu hansıdır?  Universitet başqa diplom da verir?

Əl-Mustafa Beynəlxalq Universiteti ilkin bakalavr, bakalavr, magistr pillələrində, təhsil şəraitinə sahib olanlara İran İslam Respublikasının Elm, təhsil və texnologiyalar Nazirliyinin təsdiq etdiyi mötəbər beynəlxalq diplomlar verilir.

3.      

Universitetin verdiyi virtual təhsil diplomunu başqa ölkələr tanıyırmı?

Universitetin verdiyi diploma Virtual (elektron) təhsili qəbul edən bütün ölkələr tanıyır.

4.      

Universitetdə qeydiyyat üçün lazım olan təhsil sənədləri hansılardır?

–       İlkin bakalavr və bakalavr: Attestat

–       Magistrantura: Bakalavr diplomu

5.      

Əvvəlcə qeydiyyatdan keçib sonra sənədləri göndərmək olarmı?

Xeyr. Ən gec qeydiyyat zamanı lazım olan sənədlər yüklənməlidir. Hansısa haqlı səbəb olduğu zaman, öhdəçilik səhifəsini tamamlamaqla yanaşı, təhsil smestrinin sonuna kimi lazım olan sənədləri göndərməlisiniz. Belə olmadığı təqdirdə, təhsildən məhrum olacaqsınız.

6.      

Əl- Mustafa (s) Beynəlxalq Virtual Universitetində qəbul prosesi hansı formadadır?

Qeydiyyat universitetin məlumatlandırma bazasında mövcud olan mou.ir ünvanındakı saytla aparılır. Qeydiyyat prosesi aşağıdakı mərhələləri əhatə edir:

1-    Şəxsi məlumatları daxil etmək

2-    Təhsil dövrəsinin seçilməsi

3-    Sənədlərin yüklənməsi

4-    Elmsevərin final qeydiyyatı təsdiq etməsi

5-    Universitetin qəbulu təsdiq etməsi və tələbənin şəxsi səhifənizə daxil olması üçün, təhsil kodu və istifadəçi adının verilməsi. ( Təhsil kodu və parol tələbənin emailinə göndərilir.)

Bu mərhələdən sonra, universitetdə aidiyyatı ekspertlər sənədləri təsdiq edərsə, elmsevər tələbəlik mərhələsinə daxil olur. Elmsevər şəxsi səhifə vasitəsi ilə təhsilə başlayır.

7.      

Qeydiyyata düşən tələbənin qəbul olub-olmaması nə qəqər zaman müddətində məlum olur?

İlk qəbul qeydiyyat mərhələlərini keçmək və istifadəçi adı və parolu email vasitəsilə almaqla tamamlanır.

Sonrakı mərhələdə, təhsil saytına daxil olmaq və seçilmiş dərsləri oxumaq gəlir.

8.     

Təhsili davam etdirmək üçün, Əl- Mustafa (s) Beynəlxalq Universitetinin əyani bölümlərindən, Əl- Mustafa (s) Beynəlxalq Virtual Universitetinə keçmək mümkündürmü?

Bəli. Siz Əl- Mustafa (s) Beynəlxalq Universitetinin əyani bölümündə istənilən təhsil səviyyəsində, əyani təhsil aldığınız yerdən transfer tələbi ilə və təhsil departamenti heyətinin təsdiqi ilə, əlaqədar fakültəni seçib, qiymətlərinizi tətbiq edib Əl- Mustafa (s) Beynəlxalq Virtual Universitetinə keçə bilərsiz.

9.     

Necə qəbul olduğumuz haqda məlumat toplaya bilərik?

Təhsil semestri başladığı zaman tələbə kodu (istifadəçi adı) və parolu aldıqdan sonra, şəxsi səhifənizə girə bilərsiniz. Bu ilkin qəbul mərhələsidir.

10.

Tibb sahəsində dokturantura diplomu ilə magistrantura pilləsində təhsil almaq olarmı?

Magistrantura təhsilinin bir-çox fakültəsində, elmsevərin təhsil sənədinin uyğunluğu şərt deyil. Daha ətraflı şəkildə məlumat toplamaq üçün mou.ir\az saytına müraciət edin.

11.

Universitetdə fakültəyə aid olmayan ilkin bakalavr kimi yuxarı təhsil sənədinə malik olduqda, bakalavr dövrəsində əlaqədar fakültədə iştirak etmək olarmı?

Bəli. Siz ilkin bakalavr diplomu ilə universitetin bakalavr pilləsində iştirak edə bilərsiz. Həmçinin, sənəd təqdimi zamanı əgər magistr diplomunuz varsa, universitet diplomunuzu göndərmək zərurəti yoxdur.

12. 

Semestr imtahanında qəbul şəraiti necədir?

Semestr imtahanı hər semestrin sonunda olur. Ona 17 qiymət nəzərdə tutulub. Bundan əlavə, sinif tapşırıqları da hər semestrdə bir dəfə olur. Sinif tapşırıqlarının qiyməti 3 xaldır. Tam xal isə 17+3=20 dir. İlkin bakalavr 12 orta xalla, magistr 14 orta xalla qəbul edilir.

13. 

Uzun müddətli dövrələrdə iştirak etmək üçün, giriş testinə ehtiyac varmı?

Xeyr. Lakin birinci smestrdə elmsevərlərin elmi qiymətləndirilməsi, (semester arası imtahan), sinif tapşırıqları və kurs sonunda imtahan götürməklə yerinə yetirilir. Ümumilikdə qəbul xalı qazanan tələbələr, sonrakı smestrlərə keçəcəklər.

14. 

İkinci semestrə keçid zamanı məhdudiyyət varmı?

Məhdudiyyət təkcə 12 keçid qiymətini əldə etməyin şərt olmasıdır.

15. 

11 vahidlik dərs sistemi əsas dərs vahidlərindən sayılırmı? Bu, son orta qiymətləndirmədə təsir qoyurmu?

İlk smestrin dərs vahidləri, əsas dərs vahidlərindən sayılır.

16. 

Sənədlərimi necə yollamalıyam?

Universitetin qeydiyyat sistemində mou.ir\az qeydiyyat bölümüdə, sənədlərinizi yükləyin.

17. 

Təhsil sənədimiz İranda mötəbər olmadıqda, qeydiyyat mümkündürmü?

Hər hansı bir ölkənin təhsil nazirliyinin təsdiq etdiyi attestat, ilkin bakalavr və bakalavr təhsil sənədlərini, İran İslam Respublikasının Elm, təhsil və texnologiyalar Nazirliyi də təsdiq edirsə, deməli universitetimiz də onu qəbul etməlidir.

18. 

Sənədlərimizi göndərmək üçün nə vaxta kimi fürsətimiz var?

Maksimum birinci smestrin sonuna kimi göndərməlisiniz.

Belə olmadığı təqdirdə, qısa müddətli təhsil bölümlərinə keçə bilərsiz.

19. 

Atestatım olmasa qeydiyyatdan keçə bilərəmmi?

Yalnız İran ya xaricdəki İran məktəblərində təhsil alıb və İranın təhsil nazirliyindən attestat alan şəxslərə, atestatdan yuxarı təhsil sənədinin surətini təqdim etmək zəruridir.

Digər şəxslərin qəbulu üçün isə atestatın surətini təqdim etmək, lazımdır.

20. 

Qeydiyyatdan keçəndən və smestr başlayandan sonra, hansısa bir problemə görə həmin smestrdə iştirak edə bilməsəm, nə etməliyəm? Sonrakı smestrdə təhsil almağım mümkündürmü?

Universitetin tələbə xidmətləri bölümü ilə ünsiyyətdə olun. Şəraiti nəzərə alaraq, təhsil məzuniyyəti ya təhsil kodunu sonrakı smestrə keçirməkdən istifadə edin. Təhsil dövrəsinin müdirinə də mürciət edə bilərsiniz bu haqda.

21. 

Birinci smestr kəsilsəm, yenidən təhsil almaq mümükündürmü?

Bəli. Yenidən təhsil almaq üçün, istədiyiniz fakültə və dövrədə qeydiyyat mərhələlərinin hamısını əvvəlindən sonuna kimi keçməlisiniz.

22. 

 İstifadəçi kodu nədir?

 

 

 

Qeydiyyat qurtardıqdan və final qeydiyyatı təsdiq etdikdən sonra, təhsil kodu və parolunuzun qeyd olunduğu bir mesaj email postunuza göndəriləcəkdir. Bundan sonra mou.ir\az saytındakı şəxsi səhifənizə daxil olub və universitetdə təhsilə başlaya bilərsiz.

 

 

23. 

İstifadəçi adı və parolumu unutduqda, nə etməliyik?

İlkin qeydiyyat səhifənizə mou.ir\az daxil olub, parolu unutdum cümləsini seçirsiz. Üç seçimli bir cədvəl açılacaq. Lazım olan kəlməni seçib, sonrakı mərhələdə mötəbər email ünvanını yazırsız. Lazımi məlumatlar tələbənin emailinə göndəriləcəkdir.

 

Bizilmə əlaqə

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

+98 25 32114115

təbliğatçımıza

Şəbəkələr-saytlar

Üzvlük xəbər bülleteni