Page 114 - Islamic Studies 05
P. 114
113) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
qovğalı(mübahisəli)hadisələrdən biridir.Bu hadisə siyasi
məqsədlərlə zəngindir.və İslamın ilk illərinin bəzi
müəmmalarını açmaq üçün mühüm bir sənətdir.Fədək hicaz
məntəqəsində xeybər qalasının yanında abad torpağı
məhsuldar,Mədinənin 140 km-yin də yerləşən bir
ərazidir.Orda çoşan bulaq çoxlu xurmalıq sahəsi mövcud idi.
Xeybərdən sonra hicazda yəhudilərin ikinci sığınacaq yeri
sayılırdı.Rəsulallah Xeybər qalasının fəthindən sonra eve
dönüş yolunda idi.Allah yəhudilərdən ibarət olan fədək
əhalisinin qəlbinə qorxu saldı. Onlar bir nəfəri Peyğəmbər(s)
huzuruna göndərib,fədəyin yarısını onun ixtiyarına verməklə
onunla sülh bağladılar.Rəsulallah bunu qəbul edib,sülh
müqaviləsini imzaladı
Bu yolda Fədək Peyğəmbəri-Əkrəmin (s) şəxsi əmlakına
çevrildi.Çünki Qurani-məcidin aydın göstərişinə əsasən
“Müselmanların əlinə döyüş aparmadan çatan bütün mallar
Rəsuli-Əkrəmin (s) haqqıdır və bu mallar müharibə
1
qənimətləri kimi bölüşdürülmür”
Peyğəmbər (s) Allahın bu hökmünə əsasən Fədəyi öz hökmünə
alıb,gəlirini səfər əsnasında imkanları tükənən insanlar üçün
sərf edilirdi.Bir çox tarixçilər təsdiq edirki Peyğəmbər hələ sağ
ikən Fədək bağını qızı Fatiməyə hədiyyə etdiyini
yazmışdır.Buna misal olaraq Əhli-Təsənni təfsir alimi Əllamə
Cəlaləddin Siyuti “Əd-Durrul-mənsur fit-təfsir bil-mənsur”
kitabında “İsra surəsini təfsir edərək yazır”:Əbu Səid Xidridən
nəql etdiyi hədisdir məzmunu6” İsra” surəsinin “ öz
yaxınlarina onların haqqını ver!”ayəsi nazil olandan sonra
Rəsulallah Fatiməni çağırıb Fədəyi ona bağışladı.
Çünku bu Peyğəmbərin şəxsi malı idi.
1 -“Həşr” surəsi, ayə, 6-7