Page 219 - Pure Life 05
P. 219

Real Və Virtual Aləmdə Çıxış Etmək/ 191

                     Şübhələr  varsa,  deməli  cavabları  da  mövcuddur.
                  Bəşəriyyətə təqdim olunan əbədi və kamil din bunları
                  məntiqi əsaslarla cavablandırmağa qadirdir. Buna görə
                  də, sual verən və dini məsələlərdə şübhəsini söyləyən
                  şəxslərə  etiraz  etmək,  qarşı  tərəfdə  dinin  acizliyini
                  etiraf etmək kimi başa düşülə bilər.
                  Məhz bunun üçün də, insanlara həmin məsələlərdə məntiqi
                   açıqlama verilməsi zəruridir. Necə ki, Həzrət İmam Sadiq
                      (ə) buyurur: "Cəhalət üç şeydə özünü göstərir:  dostu
                        dəyişməkdə, dəlil-sübut olmadan etiraz etməkdə,
                                                                             1
                      əhəmiyyətsiz şeylər barədə sorğu və araşdırmaqda."
                  Demək  olar  ki,  müqəddəs  ayələrin  möhkəmliyi  və
                  məntiqi əsaslarının qüdrəti o qədər əzəmətlidir ki, uca
                  dağlar  belə  onun  məntiqi  və  həqiqətinin  gücü
                  qarşısında cılız və davamsız təsvir edilmişdir.


                      "(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil
                  etsəydik, sən onun (ayələrin məntiq və dəlilinin möhkəmliyi
                   üzündən) Allahın qorxusundan əyilib (təzim edərək) parça-
                    parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan
                                                                         2
                          insan onun öyüd-nəsihətlərindən ibrət almır).
                     İslam məntiqinə əsasən, belə deyil ki, ya “Ağdır” ya
                  “Qara”, başqa rənglər dəvar bu arada. Belə deyil ki, ya
                  “100”dür ya “Sıfır”, başqa rəqəmlər də var ortalarda.
                  Deməli,  bəzi  hallarda  məsələlərə  nisbi  yanaşmaq,
                  problemi kökündən həll edə bilər.



                  1. Tühəful-üqul, səh. 317.
                  2. Həşr, 21.
   214   215   216   217   218   219   220   221   222   223   224