Page 211 - Islamic Studies 02
P. 211
Yasin surəsinin fəzilətinə bir baxış./ (209
il Novruza qədər xəstəlik, çətinlik və zəhmətlərdən Allah onu
qoruyar. O yeddi hər biri “Salamla” başlayır. Yeddi ayələr
bunlardır :
1)“Dünyada Allah yolunda bütün çətinliklərə səbr etdiyinzə
görə, sizə salam olsun.Cənnət yurdu nə gözəl yerdir“ . (Ərrad
surəsi. Ayə 24)
2)“Rəhimli Rəbbdən onlara salam deyiləcəkdir“ . (Yasin
surəsi. Ayə 58)
3)“Bütün aləmlər içərisində Nuha salam olsun“ . (Saffat surəsi.
Ayə 79)
4)“İbrahimə Salam olsun“ .(Saffat surəsi. Ayə 109)
5)“Musa və Haruna salam olsun“ . (Saffat surəsi. Ayə 120)
6)“Ali yasinə salam olsun“ . (Saffat surəsi. Ayə 130)
7)“Rəbbindən qorxanlar cənnətə gətiriləcəklər. Cənnət
gözətçiləri sizə salam olsun və abədi qalacağınız cənnətə daxil
1
olun deyəcəklər“ . (Əzzumər surəsi. Ayə 73)
Yasin surəsinin yeddi növ xətmi
Yasin surəsinin birinci xətmi
Bu xətm cümə günündən başlayar və hər gün üç dəfə oxunar.
Cümə axşamı gününə qədər oxunur. Düşməni susdurmaq üçün
çərşənbə axşamı günü, izzət və şərəf tapmaq üçün bazar ertəsi
günü, ruzi artımı üçün cümə axşamı günü oxumaq gərərkdir.
Şəban ayının on beşi (İmam Zamanın ə.f. mövlud günü) üç
dəfə Yasin oxusun. Birinci dəfədə oxuyarkən ömrünün
uzanmasına, ikinci dəfə oxuyarkən bəlalardan uzaq olmağına,
üçüncü dəfə oxuyarkən Allahdan vəzifəsinə əməl etməyə
bacarıq tapar.
Yasin surəsinin ikinci xətmi
1 Xəzanətul muzəkkirin.