Page 214 - Islamic Studies 02
P. 214

212) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               “La  ilahə  illa  ənt.  Subhanəkə  inni  kuntu  minəzzalimiin”  .
               (Səndən başqa məbud yoxdur. Sən paksan. Mən özümə zülm
               etdim)
               Qeyd: Bu cümlə “Yunusiyyə” zikri adlanır. Yunus (ə) balığın
               qarnında  olarkən,  bu  dua  vasitəsi  ilə  oradan  xilas  olmuşdur.
               (Saffat surəsinin  140 – cı ayəsindən 146 – cı ayəsinə müraciət
               edin)

               Sonra  isə  Yasin  surəsinin  on  ikinci  ayəsinə  qədər  oxusun,
               sonra  sağ  əllərinin  barmağlarını  bağlayıb,  istəklərini  dilə
               gətirsin və desin: “İlahi, Yasin surəsinin xatirinə bu istəklərimi
               qəbul et” . Sonra on ikinci ayəni oxusun. Sonra əlini açaraq,
               ayələrdə  hər    “mubin”  (mənası:  aşkar)  kəlməsinə  yetişərkən
               yuxarıdakı  qayda  ilə  etsin.  Yasin  surəsində  olan  sonuncu
               “mubin” kəlməsinə çatarkən, barmaqlarını yumub, yeddi dəfə
               Fatihə surəsini oxusun. Sonra otuz dəfə desin:
                                ْ
                                                                                     ه
                                                                        َ
                                              َ
                                                                       .نيِنُُُُُُُُُُُُُُُُسْحِملا َجرُُُُُُُُُُُُُُُُفم اُُُُُُُُُُُُُُُُ   ْجرُُُُُُُُُُُُُُُُف همُُُُُُُُُُُُُُُُهلَا
                                                              ِ    َي
                                    ِ
                            ِ
                                                                                    ُ
                                               َ
                “Allahummə  fərric  ya  mufərricəl  muhsinin”.  (Tezləşdir,  ey
               ehsan edənlərin tezləşdirəni)
               Sonda Yasin surəsini yenidən adi halda oxusun. Qırx gün belə
                                                         1
               davam edərsə, diləkləri qəbul olunar.
               Qeyd: Yasin surəsində yeddi yerdə “mubin” (aşkar)  kəlməsi
               vardır. Bu ayələr  12, 17, 24, 47, 60, 69  və 77 – ci ayələrdə
               yerləşir.

               Həftə boyu olan xətmlər
               Bazar  ertəsi:  Vaqiə  surəsini  on  dörd  dəfə  oxuyun  və
               məsumlara hədiyyə edin.
               Çərşənbə axşamı: Ərrahmən surəsini on dörd dəfə oxuyun və
               məsumlara hədiyyə edin.





               1 Quran evinin şəfası.
   209   210   211   212   213   214   215   216   217   218   219