Page 271 - Islamic Studies 03
P. 271
270) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
”Gördüm cavanlıq dövrüm keçdi,qocalıq günlərim yetişdi
bədənimin əzaları zəifləməyə başladı,ömrümdən altmış il
ötdü,amma bu həyatda nə bir şey hasil etdim,nə də bir fayda
gördüm.Düşündüm ki,həmən bu vəziyyətdə dünyamı
dəyişəcəm,öz qafil və günahkar nəfsimə xitab edib dedim; Vay
olsun sənə,nə qədər qafilsən,cavanlıq baharın küskün payıza
dönüb.Əkin zamanı bir toxum da səpmədin,məhsulda
yığmadın.Heç olmasa ömründən qalan bu iki günün qiymətini
dərk elə.Öz məhsuldar ömür torpağını tələf etdin,buna görə də
qalan bu qısa müddətdə əbədiyyət toxumu əkməyə
tələs.Ömrünün sərmayəsini əldən verdin,qalan bu cuzi nemətin
qədrini bil.”(2) İnsanın dünyaya gəlməsinin məqsədi var.Bəzi
insanlar deyərlər ki,biz yemək içməyə gəldik,bəzi insanlar
deyərlər ki,biz kef çəkməyə gəldik əslində insanın dünyaya
gəlməsinin qayəsi başqadir.insan yaradılış qayəsini bilsə qəlbi
boş qalmaz.İnsan məqsəd ilə yaşayar,hər kəsin bir məqsədi
vardır ki bu məqsədlərində qayəsi fərqli-fərqlidir,bəziləri
deyər;mənim cibim dolu olsun,bəziləri deyər mən çox varlı
olacam,bəziləri deyər mən məhşur olacam,məqsədsiz bir insan
olmaz,hər kəsin bir məqsədi vardır.Bunların hamısı əsas
məqsəddir? Yox əsil məqsəd Allaha qulluq etməkdir,Allahın
rızasını qazanmaqdır.Çox pul qazanmaq,bu kimi fikirlər ilə
yaşayanlar bunlar uduzarlar.Çox pul qazanmaq Allaha getmək
üçün mane olmur,bunları adət halına salan ifrat həddində edən
ziyana uğrayar.Buna məsəl olaraq həzrəti Süleyman
Peyğəmbərin var dövlətini göstərmək
olar.Mal,varlıq,şöhrət,bunlar məqsəd olarsa
insan ziyana uğrayar.Allah yol açdi insan məhşur oldu,bununla
insan Allahın rızasını qazanmaq üçün yol tapmalıdır.Süleyman