Page 295 - Islamic Studies 03
P. 295
294) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci il, Üçüncü buraxılış (payız-qış /2023)
təmizlədiyi kimi,insanin həqiqi göz yaşlarida onun günahlarini
yuyub aparar.Xalis göz yaşlari axidar”.Əgər gecə vaxti səhərə
yaxin,xəlvət bir yerdə qəlbin yandi və günahlarina görə göz
yaşi axitdin,bil ki,bunun çox təsiri vardir!(1) Həqiqətən demək
olar ki,bu ixlasa çox yaxindir.Əməl tərəzisində Allah
qorxusundan axıdılan bir damla göz yaşından daha ağır bir şey
yoxdur! Bir damla göz yaşının əsla maddi çəkisi yoxdur,ancaq
xalis olan zaman,yalnız Allaha xatir olan zaman çox əsəri
vardır.Çox işləri görə bilir.Dəryalarda atəşi söndürür.”Ölümü
fikirləşmək və ölümün olmasi insanı günah ardinca
düşməkdən çəkindirir.Hər kəs üçün hər bir halda ölüm
ehtimali vardir,istər sağlam olsun istər sağlam.Məsələn,nəfəs
getdi və gəlmədi,harda olursan ol,kimliyindən asli
olmayaraq,hər bir halda ölüm ehtimali vardir.Əksinə ölümü
gözünün önünə gətirib de ki,bəlkə bu gün mənim axirinci
günümdür.İnsan namaza qalxarkən belə axirinci namazi kimi
qılmalıdır.İnsan fikirində tez-tez ölümü xatirlasa,günaha meyli
bir o,qədərdə azalar.İnsan əgər ölümü yad etsə bəndə
olar.Daha mənəm-mənəm deməz.Özünü müstəqil
bilməz.Qüdrət Allahındir,mənim malim,mənim
gücüm,deməz.Öz mallarini Allah yolunda xərcləyər.İsanin
əlinə pul gələn kimi necə şad olur,amma o var əldən çixan
zaman insan üzülür.Üzülməyimizin səbəbləri də,yarananin
yaradana olan meyilsizliyidir.Zaman keçdikcə insan ömrü
Allaha yaxinlaşir,ölüm insan üçün yaxin olur,günahdan
kənərlaşmaq insani təqvalı edər.
İnsan və Günah bu ikisi arasindakı əlaqə