Page 39 - Islamic Studies 04
P. 39

38) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, Dördüncü buraxılış (Bahar-Yay/2023)

               Arximandrit  Filaret  (Drozdov)  dəfələrlə  təkrar  nəşr  olunan

               əsərində  kilsə  tarixində  bu  mərhələni  göstərir: “Fariseylərin
                                                                                     1
               ikiüzlülüyünün  ifşa  edilməsindən,  məbədin  dağıdılmasının
               proqnozundan,          qərəzlərlə        razılaşmayan         Məsihin

               xarakterindən...  həyəcanlanan  yəhudi  hökumətinin  İsaya
               paxıllığı  və  nifrəti,  hər  şeydən  əvvəl  onun  ardıcıllarından  da
               yan  keçmədi.  Təkcə  Fələstində  üç  təqib  baş  verdi  və  bu

               təqiblərin hər biri xristianlığın ən məşhur adamlarından birinin
               həyatı  bahasına  başa  gəldi.  Zelot  və  Şaulun  təqibləri  zamanı
               Stefan  öldürüldü;    Herod  Agrippa    havari  Yaqub  Zebedee


               1. Babilistan köçü zamanı və ondan sonra yəhudi dini mürəkkəb qanunlar,
               həmçinin qadağalar sistemi yaratmışdı. Bu sistemin ətrafında xeyli sayda
               köməkçi mərasim və ayinlər əmələ gəlmişdi.

               Makkaveylər çarlığında yəhudilərdən ibarət və qeyd-şərtsiz həmin qaydalara
               riayət olunmasını tələb edən qruplar yarandı. Onlar özlərini ferişayya
               (perishayya) adlandırırdılar. Bu söz aramey dilindən “ayrılmış” kimi tərcümə
               olunur. Yəni onlar özlərini dünyadan ayıraraq həyatlarını Allaha xidmətə həsr
               edirdilər. Bu söz yunan dilində “pharisaikos”a çevrildi və başqa dillərə keçdi.
               Biz onları farisey adlandırırıq.

               İsanın yəhudi torpaqlarına gəldiyi vaxt onların sayı artıq mini keçmişdi.
               Fariseylər mərasimlərin son dərəcə dəqiq yerinə yetirilməsinə böyük önəm
               verirdilər. Özü də bu zaman mərasimlərin əsl mahiyyəti çox vaxt itirilirdi.

               Fariseylər İsanın nəzəriyyəsinin dini mərasimlərin yerinə yetirilməsinə aid olan
               hissələrinə qarşı çıxırdılar və “İncil”də İsanın buna görə onları qınadığı
               bildirilir; məsələn, Matfeyin “İncil”ində (23:13) belə deyilir: “Vay halınıza, ey
               ilahiyyatçılar və fariseylər – ikiüzlülər!”

               Nəticədə, dindarlığın mənasına yox, zahiri tərəfinə daha çox fikir verən, özünə
               əmin, ikiüzlü, riyakar adama farisey deyilməyə başlandı. (Ayzek Azimov.
               Sözlərin tarixi)
   34   35   36   37   38   39   40   41   42   43   44