Page 206 - Islamic Studies 06
P. 206

İslamın yayıldığı ilkin çağlar / 205

               Giriş
                   Allah-taalanın insanları yaratmaqdan məqsədi onların ka-
               milliyə çatması və ilahi-əxlaqi dəyərlərə yetişmələri olmuşdur.
               Və buna görə də Allah-taala bəndələrilə öz arasında müxtəlif
               vasitələrlə əlaqə saxlamışdır. Bu mənəvi əlaqə və  rabitələrin
               hamısının kökü «vəhy» deyilən ilham qüvvəsinə qayıdır. Baş-
               qa dillə desək, tanrının insanların haqqa yönəlmələri və vic-

               danlarının oyanması üçün onlara mənəvi qüvvələr ilə ilham et-
                                          1
               məsinə  «vəhy»  deyilir.   Başqa  ibarətlə  desək,  İslam  dinində
               İlahi  xəbərlərin  peyğəmbərlərin  vasitəsilə  dərk  olunmasına
               «vəhy» deyilir. Buna əsasən «vəhy» üç qismə bölünür:
                   1. Allahın heç bir vasitə olmadan, yəni birbaşa peyğəmbər
               ilə söhbəti. (Allah-taalanın «merac»da heç bir vasitə olmadan
               Məhəmməd  peyğəmbərlə  (s)  söhbətini  buna  misal  çəkmək
               olar).
                   2.  Allahın  hansısa  bir  vasitə  ilə  peyğəmbərlərlə  söhbəti
               (Allahın «Tur» ağacına vəhy etmək yolu ilə Musa peyğəmbər-
               lə (ə) danışığı kimi).
                   3. Allahın  peyğəmbərlərə  mələk  nazil  edərək  xəbər  gön-
               dərməsi
                   İslam alimlərinin nəzəri budur ki, Qurani-kərimin Məhəm-
               məd peyğəmbərə (s) nazil olması vəhyin üçüncü qisminə aid
               olunur. Qurani-kərim bu məsələyə belə işarə edir:
                   «Ruhul-Əmin (Cəbrayıl adlı mələk) sənin qəlbinə vəhy
               edir» (Şüəra, 194)
                   Burada  belə  bir  sual  meydana  çıxır  ki,  İslam  baxımında
               Həzrət Məhəmməd (s) vəhy aldığı üçün nə sayılır? Məsihiy-
               yətdə olduğu kimi Allah, yoxsa sadəcə olaraq bəndə?
                   Cavab:  İslamda  xristianlıqdan  fərqli  olaraq  dinin  banisi
               başqaları  kimi  Allahın  bəndəsi  və  qulu  sayılır.  Onun  başqa



                               «V əhy» lüğətdə «işarə», «ilham», «sirr» və «yazmaq» mənasınadır 1
   201   202   203   204   205   206   207   208   209   210   211