Page 207 - Islamic Studies 06
P. 207

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 206

               bəndələrlə fərqi Allah tərəfindən xəbər gətirməsi və peyğəm-
               bər olmasındadır. Qurani-kərim bu barədə belə buyurur:
                    «Məhəmməd yalnız Allahın peyğəmbəridir, necə ki, on-
               dan  qabaq  bir  sıra  peyğəmbərlər  gəlib-getdilər.»  (Ali-İmran,
               141)
                   Başqa bir ayədə deyilir ki, peyğəmbərlərin məmuriyyətinin
               əsası  insanları  Allah  bəndəçiliyinə  dəvət  etməkdir.  Necə  ki,

               buyurur: «Biz hər bir ümmətə peyğəmbər göndərdik ki, onları
               Tanrıya itaət və ibadətə dəvət etsinlər.» (Nəhl, 36) Həmçinin
               buyurur: «Biz insanları və cinləri ona görə yaratdıq ki, yalnız
               Allaha  bəndəçilik  etsinlər.»  (Zariyat,  56)  Qurani-kərim  pey-
               ğəmbərlərin də bəndə olmalarına bir neçə yerdə israr etməklə
               müsəlmanları məsihilərin getdiyi yoldan çəkindirir: «Allah öz
               bəndəsinə (Məhəmmədə aydın şəkildə ayələr vəhy etdi ki, sizi
               qaranlıqdan çıxarıb işıqlığa yönəltsin.» (Hədid, 9) «Allah öz
               bəndəsinə lazım olan ayələri vəhy etdi.» (Nəcm, 10)
                   Deməli,  İslam  dinində  «vəhy»  yalnız  Allahın  bəndəsinə
               gəlir. Bu dində bütün insanlar Allaha bəndə və qul olmağa ça-
               ğırılır.  İslam  dini  Yaradanın  vahid  olmasına  təkid  etməklə,
               onun heç vaxt övladı  olmamasını da möhkəm şəkildə  bəyan
               edir. Qurani-kərimin buyurduğuna əsasən, hətta Həzrət İsanın
               (ə) özü, Məsihilərin ona səbəb dedikləri üçün Allahın yanında
               xəcalət çəkirdi. Uca Tanrı Qurani-kərimdə buyurur:
                   «Ey Məryəm (ə) oğlu İsa, sən camaata dedin ki, Allahın
               kənarında məni və anamı özünüzə Tanrı qərar verin?! (İsa) de-
               di:  İlahi  sən  bu  sözlərdən  paksan,  mənimsə  elmim  olmadığı
               şey barəsində söz deməyə haqqım yoxdur. Və əgər mən belə
               bir söz desəydim, sən mütləq onu bilərdin. Sən mənim zatım-
               dan  xəbərdarsan, mən  isə  zatından  agah  deyiləm, yalnız  sən
               bütün qeyblərə agahsan.» (Maidə, 116)
   202   203   204   205   206   207   208   209   210   211   212