Page 170 - Islamic Studies 07
        P. 170
     İsmailiyyə məzhəbi haqqında araşdırma
                                      1
                    Nəzrin Əliyeva
                     Abstrakt
                     Şiə  məzhəbli  firqələrdən  biri  də  İsmailiyyə  məzhəbidir.
               İsmailiyyə istər e᾿tiqadi, istərsə də tarixi baxımdan islam dünyasında
               böyük əhəmiyyət kəsb etmiş, öz mövqeyini qoruyub saxlayaraq bu
               günkü  günədək  davam  gətirə  bilmişdir.  Bu  məzhəb  hal-hazırda
               islam  dünyasının  bir  çox  ölkələrində  müstəqil  firqə  şəklində
               fəaliyyət göstərir, istər cəmiyyət, istərsə də müsəlman alimlərinin
               arasında xüsusi yer tutur. Bu cərəyan şiələrin altıncı imamı Cə᾿fər
               ibni Məhəmməd Sadiq şəhid olduqdan sonra qısa bir müddət ərzində
               meydana gəlmişdir. İsmailiyyə digər firqələrdən fərqli olaraq, imam
               Sadiqin (ə) böyük oğlu İsmaili imam kimi qəbul edir.
                     Açar kəlmələr: İsmailiyyə, İmam Sadiq, şiə, məzhəb
               1  - İslam araşdırmaları fakültəsinin tələbəsi, Hikmət və Dinlərarası Araşdırma İnstitutu,
               Əl-Mustafa Beynəlxalq Virtual Universiteti, İran, Qum
     	
