Page 165 - Islamic Studies 07
P. 165

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (Bahar-Yay / 2024) / 164

               seçim  haqqına  hörmətsizlik  idi.  Amma  Əlinin  bu  istiqamətdəki
               davranış tərzi də fərqli idi.
                     Əli zorakılıq və məcburiyyətlə əldə olunan istənilən şeyə nifrət
               bəsləmişdir. Ona beyət etməmiş insanlara qarşı göstərdiyi davranış
               tərzi bu təfəkkür tərzindən qaynaqlanırdı. O, heç bir vaxt çaşqınlıq
               içində  olmamış,  yolundan  çəkilməmişdir.  Kimisə  məcbur
               etməməsinə baxmayaraq, xalqın iradəsinə ziyan vuran insanları da
               gözdən qoymamışdır. Əli onlara öz fikirlərində qalmağa icazə versə
               də, xalqın hakimiyyət hüququ adı altında cəmiyyətin taleyini həll
               edən məsələlərə  müdaxilə  etmələrinə  icazə verməmişdir.  Belə ki,
               şura  üzvlərindən  olan  Səd  ibn  Əbivəqqas  İmam  Əliyə  beyət
               etməkdən boyun qaçırır. Yalnız heç bir təhlükə yaratmayacağı ilə
               bağlı iltizam aldıqdan sonra Əli onu azad buraxır.
                     Hakimiyyət  xalqa  məxsusdur.  Xalqın  məsləhət  və  mənafeyi
               istisna  edildiyi  hallarda  beyətdə  məcburiyyət  yoxdur.  Bu  aspekt
               azadlıq məsələsində dövlət başçısı ilə xalq arasındakı əlaqəni yüksək
               səviyyədə izah edir. Bu səbəbdən də Əlinin təyin etdiyi məmurlara
               qeyd olan prinsiplər əsasında davranmağa göstəriş verməsi təbiidir.
               Əli  onların  işlərinə  çox  ciddi  nəzarət  etmişdir.  O,  xalqın
               hüquqlarının  qorunması  vacib  şərt  olan  məsələlərdə  məmurlar
               üzərindəki  ciddiliyini  çox  kəskin  şəkildə  büruzə  vermişdir.  Əli
               xalqın özünə əsaslanan “idarəetməyə nəzarət sistemi” yaratmışdı.
                     Əli əyalətlərə valilər, şəhərlərə icra başçıları təyin etdiyi zaman
               xalqa  elan  etmək  şərtilə  onlara  müqavilə  təqdim  edirdi.  Elan
               edildikdən  sonra  bu  müqavilə  əhali  tərəfindən  qəbul  edilsəydi,
               adamların onun şərtlərini heç bir halda pozmağa ixtiyarları yox idi.
               Təyin olunmuş məmurun da bu müqavilənin bəndlərini öz istədiyi
               şəkildə izah etmək, pozmaq və ya təhrif etmək səlahiyyəti yox idi.
               Əgər məmur müqavilənin hər hansısa bir şərtini pozmuş olsaydı, Əli
               dərhal onu cəzalandırardı.
   160   161   162   163   164   165   166   167   168   169   170