Page 173 - Pure Life 05
P. 173

Sosial şəbəkələrin həyatımızdakı rolu və təsirləri/ 237

                     Bəzən  həyat  tərzi,  baş  verən  hadisələr,  çəkilən
                  imtahanlar  insanın  dünyagörüşünə,  düşüncəsinə,  əqli
                  sferasına  bilavasitə  təsir  göstərir.  İnsan  öz  fikirlərini
                  bölüşməyə kimisə axtarır, adi dildə desək dərdləşməyə
                  dost  axtarır,  maraqsız  hesab  etdiyi  dünyasına  maraq
                  qatmağa  çalışır.  Bəs  bunun  hansı  zəzərləri  ola  bilər,
                  insanlar nə üçün yadlarla tanışlığa meyl edir? İnsan nə
                  üçün sahib olduğu dəyərlərə dəyər vermək istəmədən
                  zərəri böyük olan əməllər törədir?
                     İnsan mənəvi ehtiyaclarını ilahi zərurətdən uzaq
                  şəkildə     ödəməyə       cəhd     edirsə    böyük      bir
                  məğlubiyyət  əldə  edər  ki,  bu  da  onun
                  psixologiyasına əks təsir göstərər. Məsələn, dərdini
                  deməyə  Məbuddan  öncə  məxluqu  seçən  insan
                  əlbəttə  ziyana  düşər.  İbadət  zamanı  vaxtını  başqa
                  şeyə sərf edən əlbəttə peşmançılığa uğrayar.
                     Bildiyimiz  kimi  namaz  ən  vacib  ibadət
                  formalarından  birincisidir.  Insan  namaz  vasitəsilə
                  Allah  qarşısında  əyilərək  şəxsiyyətini  ucaldır,
                  təkəbbürlükdən  nisbətən  uzaqlaşır,  günahlardan
                  çəkinir,  özünü  tanımağa,  sorğulamağa  cəhd  edir.
                  Əlbəttə  burada  kamil  namazdan  söhbət  gedir.
                  Çünki  naqis  namaz  insana  müsbət  keyfiyyət
                  qazandırmır,  əksinə  əməl  dəftərini  qara  rəngə
                  boyayır. Namazı tərk etmək, vacib olduğunu bilə-
                  bilə  qılmaq  istəməmək,  bütün  bunların  əvəzinə
                  vaxtını israf edərək sosial şəbəkələrdə vaxt keçirən
                  insanlar  şübhəsiz  Allaha  və  qarşısına  çıxan  çətin
                  suallara, problemlərə cavab verməli olacaq.
   168   169   170   171   172   173   174   175   176   177   178