Page 177 - Pure Life 05
P. 177

İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları / 233

                     -  Komputer ya notebookunuz üçün sınanmış yaxşı
                         bir  filtr  proqramı  yükləyin.  Bununla  da  həm
                         özünüz,  həm  övladlarınız  üçün  istifadə  edə
                         biləcəyiniz faydalı səhifələri müəyyənləşdirərək,
                         zərərli səhifələri blok edə bilərsiniz.
                     -  Komputer  ya  notebookunuzu  hər  kəsin  görə
                         biləcəyi  yerdə  quraşdırmaq  lazımdır  ki,  daha
                         faydalı  istifadə  edilsin.  Yəni,  başqalarınıın
                         görməsindən       narahat      olunacaq       zərərli
                         görüntülərə baxmaq imkanı olmasın.
                     -  Monitorun  arxası  divara  şəkildə  yerləşdirin.
                         Monitorun     ekranını    gizlədəcəyiniz     şəkildə
                         yerləşdirməyiniz ailəniz və övladlarınızın onlara
                         güvənmədiyiniz mənasına gələ bilər.
                     -  Ailəliklə  internetdə  vaxt  keçirəcəyiniz  saat  limiti
                         təyin edin və ilk öncə bu qaydaya özünüz əməl edin.
                         Bununla ailənizə çox gözəl örnək ola bilərsiniz.
                     -  Özünüz  də  daxil  olmaqla  evdə  tək  olduğunuz
                         vaxtlarda  internetdən  istifadə  etməyin,  bununla
                         övladlarınıza çox gözəl nümunə ola bilərsiniz.
                     -  Evinizdə  internet  ola-ola  övladınız  hələ  də
                         internet  klublara  gedirsə,  bunun  səbəbini
                         mehribancasına  ondan  öyrənməyə  çalışın.  Əgər
                         evdə  internet  üçün  təyin  etdiyiniz  vaxtın  qısa
                         olmasından  dolayı,  internet  klublara  gedirsə,
                         internet  saatını  biraz  artıra  bilərsiniz.  Çünki,
                         internet  kluba  gedən  bir  uşaq  bir  çox  pis
                         vərdişlərə yiyələnə bilər.
                     -  Övladlarınızın internet vasitəsilə tanıdığı səmimi
                         dostlarını  tanımağa  çalışın,  mümkünsə  ailəvi
                         şəkildə əlaqələriniz olsun.
   172   173   174   175   176   177   178   179   180   181   182