Page 183 - Pure Life 05
P. 183

İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları / 227

                     Bəs vəziyyətdə uşaqlar nə edə bilərlər? - Virtual
                  təcavüzə  məruz  qalan  uşaqlar  ya  gənclər  "virtual
                  təvüzkarı"  əngəlləyə  (blok),  cavab  verməyə,  bunu
                  başqalarına  da  deyib  xəbərdarlıq  etmək  kimi
                  nümunəvi davrana bilərlər.
                     Amma təəssüflər olsun ki, çox zaman uşaqlar ya
                  gənclər  internetdən  məhrum  ola  biləcəklərini
                  düşündükləri üçün bu ailələrindən gizlədirlər.

                  Kitab oxuma vərdişimizin yoxa çıxması.
                  Son  illər  artıq  məktəblərdə  təhsilin  tamamilə
                  elektron  olması  və  şagirdlərin  yalnız  tabletlərlə
                  məktəbə gedib gəlməsi məsələsi üzərində işlənilir.
                  Hətta  hədəfimiz  "Çantasız  və  kitabsız  təhsil"dir
                  deyənlər  də  var.  Əbəttə  internetin  faydaları
                  danılmazdır, şagirdlər ağır çantalardan xilas olacaq.
                     Lakin,  6-7  yaşındakı  bir  uşaq  internetlə
                  əlaqələrini düzgün tənzimləyə biləcəkmi? Kitab və
                  kitab  mədəniyyətini  aradan  aparılmasına  çalışmaq
                  çox təhlükəlidir.

                  Kokain və internetin beyinə zərəri eynidir
                  Mütəxəssislər  həddindən  artıq  internetdə  vaxt
                  keçirməyi asılılıq hesab etdiyindən təsirini kokainlə
                  eyni  tuturlar.  Hətta  bunun  müalicəsi  üçün  xüsusi
                  mərkəzlər də vardır.
   178   179   180   181   182   183   184   185   186   187   188