Page 179 - Pure Life 05
P. 179

İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları / 231

                  İnternet tənhalaşdırır
                  Virtual  həyatı  üz-üzə  keçirəcəyiniz  zamana
                  dəyişməyin.       Yoxsa,  sosial  həyatdan  ayrıla
                  bilərsiniz.     İnsanın      texnologiya,      araşdırma,
                  kəşfetmə,  yeniləmə  və.s  kimi  maraqlarının
                  nəticəsində  artıq  rabitə  çox  asanlaşıb.  Amma  bu
                  asanlığın da bir bədəli olmalı idi və təəssüf ki, oldu
                  da -  insanlar yalnızlığa sürüklənir.
                     Saatlarla internetdə vaxt keçirən birinin zamanla
                  öz  yaxınlarından  uzaqlaşdığı,  ətrafına  və  bir  çox
                  dəyərlərə  qarşı  etinasızlığı  müşahidə  edilir.
                  "İnternetsiz  yaşaya  bilmərəm"  deyənlər  ailələrinə,
                  həyat  yoldaşlarına,  uşaqlarına  və  dostlarına
                  ayırdıqları  zamandan  daha  çoxunu  internetdə
                  keçirirlər. Bəs niyə internetə bu qədər ehtiyac var?
                     Real  həyatda  özlərini  ifadə  edə  bilməyənlər
                  sosial  mediada  daha  rahat  olurlar.  İnsanın  ən
                  mühüm  ehtiyaclarından  biri  nəzarətdir.  Sosial
                  medialar  insana  bu  nəzarət  etməni  verir.  Yəni,
                  insanlar      sosial     mediada       fiziki    cəhətdən
                  olmadıqlarından         dolayı,      istənilən      birinin
                  internetdən gizli istifadə etməsi, özünü gizlətməsi,
                  əlaqə  yaradacağı  insanları  özünün  seçməsi  və
                  həmin  insanlara  göndərəcəyi  mesajlarda  nəzarətin
                  tamamilə  əlində  olması  bu  cür  şəxslər  üçün
                  olduqca əlverişlidir.
   174   175   176   177   178   179   180   181   182   183   184