Page 201 - Pure Life 05
P. 201

Real Və Virtual Aləmdə Çıxış Etmək/ 209

                  Vəhdət yönlü təbliğ
                  Vicdanlı  ilahiyyatçının  ən  önəmli  vəzifələrindən  biri,
                  müsəlmanları vəhdətə və birliyə dəvət etməsi, şiə-sünni
                  qardaşlığına  təkid  etməsidir.  Çünki  İslam  dini
                  yarandığı  gündən  etibarən,  müsəlmanları  vəhdət  və
                  birliyə  dəvət  etmiş,  ixtilaf  və  parçalanmalara  səbəb
                  olan amillərdən çəkindirmişdir.
                     Qardaşlıq  və  birlik  tərəfdarı  olan  İslam,  öz
                  müqəddəs  kitabı  «Qurani-Kərim»də  dəfələrlə
                  vəhdətə əmr etməklə yanaşı müsəlmanların qüdrət
                  və əzəmətini Allaha doğru gedən yolda birləşib və
                  «Allahu-Əkbər»  nidası  altındakı  hərəkətdə  bəyan
                  etmişdir. Buna nümunə olaraq İslamın əsl ideyasını
                  «Ənfal» surəsinin 46-cı ayəsində görmək olar:
                    Allah və (Onun) Rəsuluna itaət edin və heç bir vaxt
                       aranızda ixtilaf salmayın ki, zəif olmağınıza və
                   qüdrətinizin aradan getməsinə səbəb olar. Səbirli olun
                                  ki, Allah səbr edənlərlədir.

                      Lakin təəssüflər olsun ki, tarix boyu müsəlmanlar
                  İslamın  bu  göstərişlərinə  diqqətsiz  yanaşaraq  iki
                  böyük hissəyə parçalanmışlar. Şiə və sünnü məzhəbi
                  adı altında olan iki müsəlman qardaş demək olar ki,
                  heç vaxt bir-birilərini başa düşməyə çalışmamışdır.
                     On  dörd  əsrdir  ki,  şiə  və  sünnü  mübarizəsi
                  davam  edir.  Lakin  bu  mübarizə  nəticəsində  şiə
                  məzhəbi  sünnü  və  ya  sünnü  məzhəbi  şiə
                  olmamışdır.  Bu  bardə  bir  neçə  mühüm  məsələni
                  qeyd etmək zəruridir.
   196   197   198   199   200   201   202   203   204   205   206