Page 229 - Pure Life 05
P. 229

Baş radaktorun ön sözü
                            Tədqiqat,  elm  sahəsində  həyat  şərbəti  rolunu
                         oynayır.    Onun    inkişafı   elmin    sərhədlərinin
                         genişlənməsi və çiçəklənməsi deməkdir. Tədqiqat və
                         araşdırma sahəsinə diqqətsizlik etmək, elmi inkişafın
                         zəifləməsi və sonda tamamilə məhvinə gətirib çıxarır.
                         Bu  da,  cəhlin  yaranmasına  şərait  yaradır.  Belə  ki,
                         müasir  dünyada  sağlam  tədqiqatın  olmamasının
                         məhsulu olan “modern cəhalətin” şahidi oluruq.
                            Elmi sahələrin günbəgün inkişafı, daha çox elmi
                         sahələrə  daxil  olmağın  zərurətini  çatdırır.  Bu  gün,
                         islam elmlərinin müxtəlif sahələri beynəlxalq aurada
                         araşdırılmalı və düzgün təqdim edilməlidir.
                            “PURE  LİFE”  jurnalı  əl-Mustafa  Virtual
                         Universitetinin    tələbələrinə   öz   elmi-tədqiqat
                         əsərlərini  buraya  təqdim  etmək  üçün  şərait
                         yaradaraq,  tələbə  əsərlərinin  elmi  səthini  inkişaf
                         etdirməyə  və  islami-humanitar  sahələrdə  fəaliyyət
                         göstərən         araşdırmaçıların        əlaqələrinin
                         möhkəmlənməsinə xidmət edir.
                                 ““PURE  LİFE”  jurnalı  hər  fəsldə,  bir
                         neçə dildə, elektron versiyada elmi məqalələrlə nəşr
                         edilir.  Bu  nömrəmizdə,    xüsusi  buraxılışımız:
                         “Sosial şəbəkələrin  həyatımızdakı  rolu  və  təsirləri”
                         mözusundadır. Jurnalda Azərbaycan və fars və arabi
                         dillərində yeddi üstün elmi məqalə mövcuddur.
                                 “PURE       LİFE”      jurnalı   Əl-Mustafa
                         nəşriyyat    şurasının,   həmçinin,    İran    İslam
                         Respublikası  İslam  Mədəniyyəti  və  İncəsənəti
                         Nazirliyinin fərmanına əsasən, bu jurnal, əl-Mustafa
                         Beynəlxalq Virtual Universitetinin ilk elmi-tədqiqat
                         gurnalı olaraq, dəyərli alimlərin və tələbələrin elmi
                         əsərlərini qəbul edir.
   224   225   226   227   228   229   230   231   232   233   234