Page 23 - Islamic Studies 01
P. 23
,
22) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Nəticə
Yuxarıdakı müzakirə virtual qloballaşmanın müxtəlif
mədəniyyətlərə, dəyərlərə və dinlərə mənsub insanları
ünsiyyətdə sürətlə irəliləməsi ilə daha da yaxınlaşdırdığını
göstərdi və beləliklə dünyanın bir kənd halına gələrək
kiçildiyinin şahidi olduq. Müsəlman dünyası ümmətin gücünü
möhkəmləndirən siyasətlər hazırlamaq üçün ciddi səylər
göstərməlidir. Müsəlmanların qeyri-müsəlmanlardan asılılığını
azaltmaq üçün tövhid paradiqması, İslam qardaşlığı,
özünüdərk, özünü tənqid, birlik, barış kimi dəyərlərə sürətli və
düzgün adaptasiya lazımdır. Müsəlman düşüncələri və sosial-
mədəni bütövlüyü qərbləşmə və dünyəviləşmə prosesindən
qorunmalıdır. Müsəlman dünyasında mövcud olan bütün
qaynaqlar, konsolidasiya edilməli və müsəlmanların bir çox
inkişafını və həyat şəraitini təmin etmək üçün səmərəli istifadə
edilməlidir.
İslami təhsil müəssisələri və qeyri-hökumət təşkilatları sosial-
iqtisadi və siyasi problemləri qeyd etmək və zəruri həll
paketləri təqdim etmək üçün ciddi rol oynamalıdırlar.
Ümmətin intellektual inkişafı üçün texnologiyalar və texnoloji
mənbələrdən tam şəkildə istifadə edilməlidir.
Yuxarıdakı müzakirədə qeyd olunduğu kimi, qloballaşmanın
mənfi təsirləri də diqqətdən kənarda qalmamalıdır, çünki uzun
müddətli periodda bu təsirlər müsəlman dünyasında ictimai
dəyərlərin nüvəsini parçalayacaqdır. Müsəlmanlar
qloballaşmanın mənfi nəticələrini gözdən keçirməli və onları
İslam təlimlərinə görə süzgəcdən keçirməlidirlər. Eyni
zamanda, müsəlmanlar iqtisadi, təhsil, mədəni və mənəvi
nailiyyətləri inkişaf etdirmək üçün səy göstərməlidirlər.
Bəzi ideal aspektlərdən baxdıqda, virtual təbliğlərin
nəticəsindəki qloballaşma pozitiv bir xarakter ala bilər. Bu,
dünya çiçəklənməsinin və sağlam mədəni mübadilənin nəticəsi