Page 24 - Islamic Studies 01
P. 24
Qloballaşma və müsəlmanların... / (23
olaraq insanlığın rifah və qardaşlığına səbəb ola bilər. Bununla
belə, hazırkı mövcud vəziyyət bir çox ölkələrin beynəlxalq
mərhələdə bərabər səviyyədə rəqabət edə bilməməsidir. Bu isə
öz növbəsində, münaqişələrə səbəb olaraq, millətlər və icmalar
arasındakı haqlı narazılığa gətirib çıxarır.
Zəif tənzimlənən virtual qloballaşma prosesi onsuz da kasıb və
çarəsiz qalan bəşəriyyətin yarıdan çoxunu yox edə bilər. Eyni
zamanda bu, mədəni imperializmə, elektron imperializmə və
iqtisadi imperializmə aparır və nəticədə qərb liberal kapitalist
hegemonluğunun ömrünü uzatmağa xidmət edir.
Qeyd etmək vacibdir ki, müsəlman ölkələri arasında sülh,
birlik, əməkdaşlıq və birlikdə yaşamaq cəhdləri olmadan
müsəlman dünyasında irəliləyiş və inkişaf görmək mümkün
deyil. Bu ünsürlər müsəlman dünyasının irəliləməsi və neo-
imperializmə qarşı mübarizə qabiliyyəti üçün vacib şərtdir.
Müxtəlif məsələlərdə potensial anlaşılmazlıq boşluğunu
azaltmaq üçün müsəlmanlar və qeyri-müsəlmanlar arasında
tez-tez dialoqlar təşkil edilməlidir. Müsəlmanların öz
şəxsiyyətlərini dərk etmələri və irəliləmələrini təmin etmək
mövzusunda ciddi səy göstərmələri halında müsbət irəliləyişlər
əldə edilə bilər.
Keçən əsrin ortalarından başlayaraq İslam şüurunun
dirçəldilməsi müvəffəqiyyətin çox da uzaq olmayacağına ümid
verirdi. Əslində ümmətin gələcək rolu və vəziyyəti haqqında
müsbət proqnoz verilə bilər. Bu proyeksiyaya görə İslam
sivilizasiyasının 21-ci əsrdə qlobal bir oyunçu olmaq potensialı
var. Əgər bu reallığa çevrilsə, müsəlmanların hazırda əzildiyi
birtərəfli qloballaşmanın yükü balanslaşacaqdır. Bu halda,
müsəlmanlar qloballaşma prosesində daha demokratik, ədalətli
və balans vəziyyətində və bərabərhüquqlu iştirak edə
biləcəklər.