Page 29 - Islamic Studies 01
P. 29
,
28) / İSLAM ARAŞDIRMALARI JURNALI Birinci il, birinci buraxılış, (payız-qış/2022)
Quran və Əhli-beytin (ə) sıx bağlılığı bir növ bu ikilinin
insanların rəhbəri olmasına dəlalət edir. Bir-biri ilə Qiyamətə
kimi ayrılmaz olan bu iki ağır və qiymətli əmanət haqda
Səqəleyn hədisi olaraq hər iki məzhəbin mənbələrində əsaslı
qeydlər mövcuddur.
Açar kəlmələr: Səqəleyn, nübüvvət, əmanət, imamət, Əhli-
beyt, Quran, qiymətli
Müqəddimə
Səqəleyn, Peyğəmbəri-Əkrəm (s)-in buyruğunda gəldiyi üçün
“Səqəleyn” hədisi adlanmışdır. Belə ki, Həzrət buyurmuşdur:
“Mən sizi tərk edərək aranızda iki ağır əmanət qoyuram...”
Bu hədis şiə və sünnülərin mötəbər kitablarında Peyğəmbəri
Əkrəm (s)-dən geniş şəkildə nəql olunmuşdur. Belə ki, onun o
həzrətdən nəql olunmasında heç bir şəkk-şübhə yoxdur.
Hədislərin məcmusundan açıq-aşkar başa düşülür ki,
Peyğəmbər (s) bu hədisi bir dəfə bəyan etməmiş, əksinə onu
müxtəlif yerlərdə dəfələrlə buyurmuşdur və rəvayətlər də
tamamilə bir-birindən fərqlənir.
Burada hədisin ravilərinə və onu nəql edən mötəbər kitablara
işarə edirik:
1. Əhli sünnənin birinci dərəcəli və ən məşhur mənbə
kitabı sayılan, eləcə də altı səhih kitabdan biri olan “Səhihi-
Müslüm”də Zeyd ibn Ərqəmdən belə nəql edilir:
“Bir gün Allahın Rəsulu (s) bizimlə birgə olarkən, Məkkə ilə
Mədinə arasında yerləşən rütubətli “Xum” (Qədir-Xum) adlı
bir məntəqədə ayağa qalxıb, Allaha həmd-səna edəndən, moizə
edib öyüd-nəsihət verəndən sonra buyurdu: “Ey camaat! Mən
də insanam, Allahın elçisinin gəlişi və onun dəvətinin qəbul
etməyimin vaxtı yaxınlaşmışdır. Mən sizin aranızda iki ağır və
qiymətli şeyi əmanət qoyuram: Birincisi hidayət və nurla dolu