Page 131 - Islamic Studies 02
P. 131
Xanım Fatimeyi Zəhranın (s.ə) fəzilət və ismətinə şiə
rəvayətlərinə əsasən qısa bir baxış
1
Könül Allahquliyeva
Abstrakt
Besətdən (İslam Peyğəmbəri (s.ə.) peyğəmbərliyə çatandan)
beş il sonra Cəmadiüs-sani ayının 20-də qeybi ruzilərin bəhrəsi
yer üzündə təcəlli etdi. Zəhra ulduzu doğuldu. Hz. Məhəmməd
(s.ə.) və Xədicə (s.ə.) evi Fatimənin (s.ə.) nuru ilə işıqlandı.
Həzrət Peyğəmbər (s.ə.) uyurur: «Fatimə insan simasında bir
huridir. Behişt qoxusu arzulayanda, onu Fatimədən alıram.»
Pak və oxşarsız atadan, pakizə bir anadan bir körpə dünyaya
gəldi ki, aləmi sahilsiz kamillik dəryasında qərq etdi. Qısa və
bərəkətli ömrü bəşəriyyəti təəccüb və heyrətə gətirdi. Əgər
mələklər insan xilqətinin əsrarından xəbərdar olsaydılar,
bilsəydilər ki, Adəm nəslindən belə bir əxlaqi fəzilətli, ilahi
sifətli insan ərsəyə gələcək, ilahi məhzərdə «Adəmi nə üçün
yaratdın?» deyə sual verməzdilər. («Bəqərə» surəsi, ayə 30).
Çünki mələklər insan deyildikdə, yalnız günahkar və fəsad
törədən adamları təsəvvür edirdilər. Onlar insanın Fatimə kimi
uca məqamından xəbərsiz idilər.
Açar sözlər: Quran, Hz. Peyğəmbər (s), Əhli-beyt (ə), Hz.
Zəhra, İsmət, Məsumluq, Günah, Firqələr
Fatimeyi Zəhra (s.ə) bütün yaradılışın səbəbkarı sayılır. Yəni
gördüyümüz bu yaradılışın, eləcə də görə bilmədiklərimizin
yaranışının səbəbi Həzrət Fatimеyi Zəhra(s.ə) və Əhli-beytdir(ə).
1. İslam Araşdırmaları fakültəsinin məzunu, İslam Araşdırmaları institutu, Əl-
Mustafa Beynəlxalq Virtual Universiteti, Qum, İran.