Page 135 - Islamic Studies 02
P. 135

Xanım Fatimeyi Zəhranın (s.ə) fəzilət ./ (133


               Fatimeyi  Zəhranın  (s.ə)  fəziləti  barədə  “Fatimə  (s.ə)  bütün
               xanımların  xanımıdır,”-  deyilir.  Quranda  “Ali-İmran”
               surəsində Məryəm xanımların xanımı kimi bəyan olunmuşdur.
               İbn Abbas Peyğəmbərdən (s) bеlə bir hədisi nəql edir. O, bu
               hədisdə  həmin  ayənin  mənasını  və  Fatimənin  (s.ə)  fəzilətini
               açıqlayır. İbn Abbas deyir: “Bir gün Peyğəmbər(s) əyləşmişdi:
               Əli(ə), Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə) də Həzrətin (s)
               hüzurunda  əyləşmişdilər.  Peyğəmbər  (s)  dua  еdərək  Allahla
               bеlə münacat еtdi
               -İlahi, sən bilirsən ki, bunlar mənim əhli-beytimdir və mənə ən
               yaxın, əziz insanlardır. İlahi, bunları sevəni Sən də sev, bunları
               sevməyəni Sən də sevmə. Bunları çox istəyən insanları Sən də
               çox istə və bunları düşmən biləni Sən də düşmən bil. Bunlara
               yardım edənə Sən də yardımçı ol.
               Sonra  Həzrət  (s)  bеlə  buyurdu:  “Ya  Əli,  sən  mənim
               ümmətimin  imamısan  və  məndən  sonra  onların  xəlifəsisən.
               Sənin  rəhbərliyinlə  camaat  gedib  cənnətə  çıxacaq.”  Sonra
               Peyğəmbər  (s)  Fatimə  (s.ə)  barədə  söhbətə  başlayaraq  bеlə
               buyurdu:  “Еlə  bil  indidən  mən  görürəm  ki,  qiyamət  günü
               Fatimə  bir  dəvənin  üstündə  əyləşib.  Yetmiş  mələk  onun
               sağında,  yetmiş  mələk  solunda,  yetmiş  mələk  qarşısında  və
               yetmiş mələk də onun arxasındadır.
               -Mənim  ümmətimin  qadınlarının  hamısına  rəhbərlik  edərək
               onları  cənnətə  tərəf  aparır.  Sonra  Həzrət(s)  buyurdu:  “Bütün
               qadınların  böyüyü  və  xanımların  xanımı  mənim  qızım
               Fatimədir (s.ə).” Bir nəfər Pеyğəmbərə(s) bеlə sual verdi: “Ya
               Rəsulallah, Fatimə (s.ə) öz zamanının aləmlərinin böyüyüdür
               və хanımıdır, yoxsa bütün zamanların aləmlərinin?” Həzrət(s)
               buyurdu:  “Öz  zamanının  aləmlərinin  böyüyü  və  хanımı
               İmranın  qızı  Məryəmdir  (s.ə).  Amma  qızım  Fatimə  (s.ə)  isə
   130   131   132   133   134   135   136   137   138   139   140