Page 136 - Islamic Studies 02
P. 136

134) / İSLAM ARAŞDIRMALARI JURNALI, İkinci. İl, İkinci. Buraxılış (Bahar-Yay/2022)

               insanların əvvəlindən axırına qədər bütün aləmlərin ən gözəli,
               ən şərəfli xanımı və böyüyüdür.
               Zeyd ibn Ərqəm, Əbu Bəkr və Əbu Hüreyrə ayrıayrılıqda bu
               hədisi Peyğəmbərdən(s) nəql etmişlər. Bu hədislərin sənəd və
               ünvanı  əhli-sünnə  alimlərinin  bir  çoх  kitablarında  qеyd
               olunmuşdur. Həmin kitabların adlarını nəzərinizə çatdırıram:
               -“Möcəmi kəbiri Təbərani”, III cild, səh.40;

               -“Əlbidayəti və nihayə”, VIII cild, səh. 40;
                -“Tarixi- Bağdad”, VII cild, səh. 137;
                -“Müstədrəki-Hakim”, III cild, səh. 149;
               -“Sünəni-ibn Macə”, I cild, səh. 52;
               -“Müsnədi-ibn Hənbəl”, III cild, səh. 443;
                -“Kənzül-Ümmal”, XII cild, səh. 97.

                 Xanım Zəhranın (s.ə.) məqamı məsumların kəlamlarında
               Xanım  Fatimeyi-Zəhranın  (s.ə.)  məqam  və  fəzilətlərini  dərk
               etmək  üçün  mütləq  məsum  rəhbərlərin  kəlamlarına  müraciət
               etmək  lazımdır.  Onların  kəlamlarında  o  xanımın  məqamı,
               kəramət və böyüklüyü aydın görünür:

               1.  Xanım  Fatimeyi-Zəhra  (s.ə.)  Peyğəmbəri-Əkrəmin  (s)
               kəlamında:
               Peyğəmbəri-Əkrəm  (s)  buyurmuşdur:  “Meraca  getdiyim
               zaman  Cəbrail  (ə)  məni  behiştə  daxil  edəndə  behişt
               meyvələrindən  daddım.  Meyvələr  nütfəyə  döndü.  Yerə
               qayıtdıqdan  sonra  Xədicə  ilə  yaxınlıq  etdim  və  Fatimənin
               nütfəsi  yoğruldu.  Fatimə  insan  simasında  bir  huridir.  Behişt
               qoxusu arzulayanda, onu Fatimədən alıram.”
               “Qızım  Fatimə  (s.ə.)  əbədi  оlaraq  iki  dünya  qadınlarının
               хanımıdır. О, mənim cismimin yarısı, gözümün nuru, qəlbimin
               mеyvəsi və varlığımın ruhudur... Mеhrabda Allah dərgahında
               ibadətə  başladığı  vaхt  nuru  ulduz  kimi  səma  mələkləri  üçün
   131   132   133   134   135   136   137   138   139   140   141