Page 101 - Islamic Studies 05
P. 101

Fatimə iki dünyanın ən üstün xanımı (100

               Giriş

               Mənim bu mövzüda yazmağıma “Əyyami Fatimə”səbəb oldu.
               Bu günlər məni bu mövzüda yazmağa vadar etdi. Bu mövzuya
               müraciət  etmək  həm  məni  sevindirdi,  həm  də  düşündürdü.
               Sevindirir  ona  görəki,  mövzüm  hər  iki  dünyanın  reyhanəsi
               haqqındadır. Düşünürəm ona görəki belə bir xanım haqqında
               yazmaq  böyük  məsulliyət  tələb  edir.  Mən  sovet  idyalogiyası
               ilə böyüyən,tərbiyyə və təhsil alan müselman xanımam. İstər
               ailədə,istərsədə cəmiyyətdə qadın doğulduğum üçün
               üzülürdüm. Cəmiyyətdə qadın kişi məsələsində,ağır ictimai iş
               prinsipləri.Ailədə
               isə qadının dəyərinin çox aşağı olması məni  düşünməyə vadar
               edirdi. Düşünürdüm ki “Kaş mən kişi doğulsaydım”bir sözdə
               kişiləri xoşbəxt görürdüm və qısqanırdım. Zamanla böyüdüm,
               erken  yaşda  ailə  həyatı  qurmuşdum.  Qiyabi  ali  təhsil  aldım,
               ikinci təhsilim ilahiyyət üzrə oldu.İlahi elmlərlə tanış olduqdan
               sonra anladımki elə ən böyük dəyər elə islamın qadına verdiyi
               dəyərdir. Getdikcə bu elmin batininə azda olsa vardım. Əvvəl
               tarixə  sonra  islamın  qadına  verdiyi  dəyərə  və  ondan  sonra
               dönüb  özümə  baxdım.  Sevindim,  şükür  etdim  və
               dedim”Rəbbim nə yaxşıki məni qadın yaratdın”sənə təşəkkür
               edirəm.
                Tarixə  müraciət  edəndə  görürük  ki,  İslam  Ərəbistan
               yarımadasında  zuhur  etməmişdən  öncə  bədəvi  ərəblər  qadın
               məxluquna  etdikləri  zülmün  pik  nöktəsini  görürük.  Qız
               uşaqlarının  diri-diri  torpağa  basdırılması,qadınların  söz
               azadlığının  olmaması,ya  əşya  ya  qul  kimi  dəyərləndirilməsi
               məni  üzdü.İslamın  zuhurundan  sonra  qadınların  xanım
               Fatimətuz-Zəhranın         simasında      nəinki     öz     dəyərlərni
               tapdılar,hətta  dünyanı  qadınlar  haqqında,  bu  məxluqun
               kimliyi,izzəti,gizli məqamları haqqında düşünməyə vadar etdi.
   96   97   98   99   100   101   102   103   104   105   106