Page 98 - Islamic Studies 05
P. 98
97) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Nəticə
Qeyd etdiyimiz kimi, fəlsəfə varlıq aləmini qeydsiz-şərtsiz
araşdırır. Bu elmin mövzusu konkret şəkildə nə maddə, nə də
metafizikadır. Varlığın, yaxud «vücudun» ümumi qanunları,
xüsusiyyətləri və s. bu elm vasitəsilə açıqlanır. Yə’ni, misal
üçün hər hansı bir maddəni götürsək, onunla bağlı olan
«səbəbiyyət» qanunu bizim üçün aşkarlanar. Burada söhbət
maddənin bir nəticə kimi hansı səbəbdən vücuda gəlməsi,
yaxud da bir səbəb kimi hansı nəticələr doğurmasından gedir.
Bu qanunun (Səbəbiyyət) həmin maddəyə hakim olması onun
maddə olduğundan irəli gəlmir. Sadəcə, maddənin «mövcud
olması» onun bu qanunla əlaqəli olduğunu açıqlayır. Lakin bu
maddənin qeyri-üzvi, elastik və radioaktiv olub-olmaması,
bilavasitə onun maddə olması ilə bağlıdır. Beləliklə, birinci
qanun (Səbəbiyyət) fəlsəfənin, sonrakılar (qeyri-üzvilik,
elastiklik, radioaktivlik) isə fizikanın mövzularıdır.
Ədəbiyyat
1 - Qurani-kərim
2- Bibliya
3. Misbah Yəzdi, fəlsəfə təlimi, Qum, Çap 2004
4. Mail İsmayıloğlu, “Din fəlsəfəsi” (2009-cu il)
5. Təmimi Amidi, Əbdulvahid ibn Məhəmməd “Ğurərul-
hikəm və durərul-kiləm”,
6. Mirzə Hüseyn Nuri, Müstədrəkül-vəsail
7. Əllamə Məclisi, Biharul-ənvar, c. 78
8. Məhəmməd ibn Yəqub ibn İshaq Kuleyni, “Üsuli-əl-Kafi”,
c.2
9. Şeyx Səduq ibn Babuveyh, “ Tövhid ”
10. Rauf İmranoğlu, “Məntiq” (2011-ci il),