Page 164 - Islamic Studies 05
P. 164
163) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)
Quran elmləri tarixçəsi
Quran əbədi möcüzə, ilahi vəhy və sonuncu dinin –
İslamın yazılı salnaməsi olduğundan daima müsəlmanların
diqqət mərkəzində olmuş və ona xüsusi önəm verilmişdir.
Hicrətin birinci yüzilliyində Peyğəmbərin (s) səhabələri,
tabeinlər, ardınca isə din alimləri Quran və onunla əlaqədar
mövzulara, elmlərə xüsusu diqqət sərgiləmişlər. Bu da, “Quran
elmləri” adlı yeni bir ixtisasın meydana gəlməsi ilə
nəticələnmişditr. Sözügedən elm, Qurandaxili və Quranxarici
mövzuları araşdıraraq, vəhyin bizə məlum olmayan tərəflərini,
ilk baxışda nəzərə çarpmayan incəliklərini, habelə hər ağlın və
qəlbin vara bilmədiyi məna dərinliklərini kəşf edib ortaya
çıxarmağa, nəticədə kəşf edilən gövhərləri Quran oxucularına
töhfə verməyə çalışır.
Peyğəmbər (s) əsrində digər elmlər, o cümlədən kəlam,
fiqh, əxlaq, təfsir, qiraət elmi kimi Quran elmləri adlı rəsmi bir
elm formalaşmasa da, səhabələr arasında bu elmin
qığılcımlarına rast gəlmək olur. Bu istiqamətdə həzrət Əlinin
(ə) rolu əvəzsiz və danılmazdır. Nümunə olaraq qeyd edək ki,
alimlərin fikrincə, Rəsulullahın (s) səhabələri arasında Quranı
təfsir edən və Quran elmlərini bilən ilk şəxs Əli ibn Əbu Talib
(ə) olmuşdur. İbn Abbas kimi dahi şəxsiyyət də təfsir elmini o
həzrətdən mənimsəyib öyrənmişdir.1
Həmçinin, xəlifələr arasında Quran elmləri mövzusunda
ən çox hədis nəql edən şəxs Əli ibn Əbu Talib (ə) olub.
Bundan əlavə, Abdullah ibn Abbas, Abdullah ibn
Məsud və Ubəyy ibn Kəb ibn Qeys Quranın təfsiri və
qiraətində özlərinə görə xüsusi yerləri olub və digərləri Quranı
onlardan əxz ediblər.
Quran elmləri haqqında kitab yazmaq hicri tarixlə
birinci əsrdən başlayıb. O dövrdən etibarən bir çox alim
“Əl - Burhan fi - ulumil - Quran”, c. 2, səh. 157. 1