Page 168 - Islamic Studies 05
P. 168

167) / İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, beşinci sayı (payız-qış / 2024)


                                           Qurani-kərim
                     –İslam  dinində  Quran  peyğəmbərlərin  sonuncusu  həzrət
               Məhəmməd         (s)    vasitəsilə    Allah     tərəfindən     bəşərin
               hidayətindən  ötrü  müsəlmanlara  göndərilən  səmavi  və
               müqəddəs kitabın adıdır.
                     –Quran  müsəlmanlar,  hətta  qeyri-müsəlmanlar  arasında

               Allah  tərəfindən  İslam  peyğəmbəri  həzrət  Məhəmmədə  (s)
               nazil olmuş səmavi və müqəddəs kitabın adıdır.
                     –Quran  İslam  dininin  ən  mötəbər  mənbəyi,  İslam
               maarifinin ilk qaynağı, fərqli – fəsahət (fikri səlislik), bəlağət
               (fikri  incəlik),  ritorika,  qədim  tarix,  tərbiyə  və  əxlaqa  dair
               mövzularla bağlı göstərişlər – cəhətlərdən misilsiz bir kitabdır.
                     –Quran  həzrət  Məhəmmədin  (s)  ən  böyük  möcüzəsi  və
               İslamın canlı və əbədiyaşar sənədidir. Endiyi gündən etibarən
               öz  əsalətini  (orijinallığını)  qoruyub  saxlamış  və  qiyamətədək
               toxunulmaz olan tək səmavi kitabdır.

                      “QURAN”_ QURAN VƏ HƏDİS BAXIMINDAN

                   Söhbət Quranın fəzilətindən düşsə, yaxşı olar ki, bu barədə
               danışmaq istəyən özünü onun əzəməti qarşısında kiçik saysın,
               onun dərin mənalarını dərk etməkdə aciz olduğunu etiraf etsin.
               Bəlkə  də  bu,  səmimi  bir  etiraf  Quran  barəsində  nə  isə
               deməkdən daha münasib olardı?!
                   İnsan  müvəqqəti,  (əql  və  qüdrət  baxımından)  məhdud  və
               naqis varlıq olduğu bir halda, özünün elm və qüdrəti hər şeyi
               əhatə  edən  mütləqiyyəti,  hər  şeyi  yoxdan  yaradan  kamil  bir
               varlığı dərk edə bilərmi?


               1  “Məcməul-bəyan” təfsiri, Təbərsi, c. 1, səh. 82.
   163   164   165   166   167   168   169   170   171   172   173