Page 167 - Islamic Studies 05
P. 167

Quran elmləri barədə araşdırma (166

                                      “Quran” sözü lüğətdə
                      Bu  barədə  Quran  və  lüğət  alimləri  tərəfindən  müxtəlif
               fikirlər irəli sürülmüşdür:
                      1.  “Quran” sözü,  əslində  “qərəə”  ( ءرَق)  kökündən olub,
                                                               َ َ
               “tilavət”  (oxumaq)  mənası  daşıyır.  Şeyx  Təbərsi  bu  barədə
               yazır:  “Quran  sözü  əslində  oxumaq  mənasını  bildirən  və
               oxumaq sözünün məsdəri sayılan “qiraət” kökündəndir.”1

                      2.  “Quran”  sözü  əslində  “qərən”  (یرق)  kökündən  olub
               “cəm” və “toplamaq” mənasına malikdir.
                      Belə  ki,  Qurani-kərim  öncə  nazil  olmuş  bütün  səmavi
               kitablardakı bütün həqiqətləri və maarifi özündə toplamışdır.2
                      3.  Yəhudilərin  kitabı  “Tövrat”  və  məsihilərin  kitabı
               “İncil”  adlandığı  kimi,  müsəlmanların  kitabı  da  “Quran”
               adlandırılmışdır və bu ad hansısa sözdən alınmamışdır.
                      4. “Quran” sözü əslində “qərain” (نئارَق) kökündən olub,
               “oxşar  əlamətlər  və  nişanələr”  mənasına  malikdir.  Çünki  bu
               müqəddəs  kitabın  ayələri  bir-birini  təsdiq  edir  və  bir-birinə
               bənzəyirlər.
                     5. “Quran”  sözü əslində “qərənə” )نرق( kökündən olub,
               “dəlalət”  və  “işarə”  mənasını  daşıyır.  Çünki  bu  müqəddəs
               kitab  bütün  insanların  səadət  və  hidayəti  üçün  dəlil  və  işarə
               sayılır.

                      Qeyd:  Yuxarıdakı  mənalardan  daha  çox  birinci  məna
               məqsədə  uyğundur.  Deməli,  “Quran”  sözü  müqəddəs
               kitabımız çox oxunduğu üçün əslində “qərəə” kökündən olmuş
               və “tilavət” (oxunmuş) mənasını daşıyır.
                               1      تولات یا تءارق ردصم وه و لصلاا یف ةءارقلا هانعم نآرقلا

               1 “Məcməul-bəyan” təfsiri, Təbərsi, c.1, səh.82.

               2 “Mufrədat”, Rağib İsfahani, səh.688.
   162   163   164   165   166   167   168   169   170   171   172