Page 87 - Islamic Studies 07
P. 87

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 86

                    Giriş

                    Qur`ani-Kərim  öz  tə`limlərində  islam  maarifini  və  dini

               məqsədləri dərk edib anlamaq üçün öz ardıcıllarına üç yol göstərmiş
               və bəyan etmişdir ki, dini zahirlər, əqli höccət və mə`nəvi dərk ixlas
               və bəndəlik yolu ilə mümkün ola bilər.

                    İzah:  Mə`lum  olduğu  kimi,  Qur`ani-Kərim  öz  bəyanlarında
               bütün insanlara xitab edir; bə`zi hallarda öz müddəasına höccət və

               bürhan  gətirmədən,  özünün  ilahi  rəhbərliyinə  arxalanaraq  tövhid,
               nübüvvət, məad kimi e`tiqad üsullarının, eləcə də namaz, oruc və s.
               əməli hökmlərin qəbul edilməsini  onlara əmr edir və onları bə`zi
               işlərdən  çəkindirir.  Əgər  sözlə  ifadə  olunan  bu  bəyanları  höccət
               hesab  etməsəydi,  heç  vaxt  insanlardan  onlara  itaət  etməyi  tələb
               etməzdi.  Deməli,  qəbul  etməliyik  ki,  Qur`anın  bu  kimi  sadə

               bəyanları islam maarifini və dini məqsədləri başa düşmək üçün bir
               yoldur.  Biz  bu  şəkildə  buyurulan  “aminu  billahi  və  rəsulih”,
               “əqimussəlatə” və s. bəyanları dini zahirlər adlandırırıq.

                    Digər  tərəfdən  görürük  ki,  Qur`ani-Kərim  bir  çox  ayələrdə
               insanı əqli höccətə doğru hidayət edir, insanı kainatda və onun öz

               daxili  aləmində  mövcud  olan  nişanələr  barəsində  əql  və  təfəkkür
               qüvvəsini  işə  salmağa  də`vət  edir,  lazım  gəldikdə  həqiqətlərin
               işıqlandırılması üçün əqli sübutlar gətirir. Doğrusu, heç bir asimani
               kitab  insanlara  Qur`an  kimi  bürhanı,  mə`rifəti  və  elmi  təqdim
               etməmişdir.


                    Qur`ani-Kərim  bu  bəyanlarla  əqli  höccətin,  istidlalın  və  azad
               bürhanın e`tibarını şübhəsiz və danılmaz hesab edir. Qur`an heç vaxt
               demir ki, əvvəlcə islam maarifinin haqq olmasını qəbul edin, sonra
               əqli yollarla dəlil gətirərək qeyd olunan həqiqətləri əldə edin; əksinə,
               öz həqiqət və gerçəkliklərinə kamil e`timadla belə buyurur:
   82   83   84   85   86   87   88   89   90   91   92