Page 91 - Islamic Studies 07
P. 91

İSLAM ARAŞDIRMALARI JURNALI, Üçüncü il, yeddinci sayı (payız-qış / 2024) / 90

                    QUR`ANIN ZAHİR VƏ BATİNİ

                    Mə`lum  olduğu  kimi,  Qur`ani-Kərim  öz  sözləri  ilə  dini

               məfhumları aydınlaşdırır, e`tiqad və əməl barədə camaata müəyyən
               göstərişlər verir. Lakin Qur`anın məqsədləri bu mərhələ ilə bitmir;
               həmin sözlərin sayəsində və həmin məqsədlərin batinində mə`nəvi
               bir mərhələ, daha dərin, daha dolğun və geniş məqsədlər nəzərdə
               tutur ki, yalnız xüsusi insanlar özlərinin pak qəlbləri ilə onları başa
               düşə bilərlər.


                    İlahi  Qur`an  müəllimi  olan  Peyğəmbəri-Əkrəm  (s)  buyurur:
                                                                           1
               “Qur`anın gözəl və xoşa gələn zahiri, dərin batini vardır.”
                    Başqa bir hədisdə buyurur: “Qur`anın batini vardır, batininin də
                                                                      2
               batini vardır. Bu batinlər yetmişə qədər davam edir.”

                    Əhli-beyt  (ə)  imamlarının  kəlamlarında  da  Qur`anın  batini
               mə`nası  ilə  əlaqədar  çoxlu  mətləblər  qeyd  olunmuşdur.      3   Bu
               rəvayətlərin  əsil  kökü  “Rə`d”  surəsinin  17-ci  ayəsində  gətirilən
               məsəldir. Belə ki, Mütəal Allah bu ayədə səmavi feyz və bəxşişləri
               göydən  yağan  yağışa  bənzədir  ki,  yerin  və  yer  əhlinin  həyat  və

               yaşayışı  ona  bağlıdır.  Yağışın  yağması  ilə  çaylar  aşıb-daşıb,
               vadilərin hər biri öz tutumları qədərində o sulardan götürür; sellər-
               sular  axıb  cərəyan  edərkən  onun  üzəri  köpüklə  örtülür,  lakin
               köpüyün  altında  camaat  üçün  onların  həyatlarına  faydalı  olan  su
               gizlənmişdir.








               1  “Təfsiri Safi”, səh-4
                 “Səfinətül-bihar”, “Təfsiri Safi”, səh-15
               2
               3  “Biharul-ənvar”, 1-ci cild, səh-117
   86   87   88   89   90   91   92   93   94   95   96