Page 90 - Islamic Studies 07
P. 90
Dini təfəkkür (Əllamə Təbatəbainin baxışında) / 89
onlara tilavət edir, (ruhlarını aludəliklərdən və rəzil sifətlərdən)
1
saflaşdırır, Kitabı və hikməti onlara öyrədir.”
Sonra buyurulur:
“Şübhəsiz, Allahın Rəsulunda sizin üçün gözəl nümunələr,
2
örnəklər vardır.”
Aydındır ki, Peyğəmbərin (s) sözləri və əməlləri, hətta sükut və
razılığı bizim üçün Qur`an qədər höccət olmasaydı, onda qeyd
olunan ayələr də öz e`tibarını əldən verərdi. Deməli, Peyğəmbəri-
Əkrəmin (s) sözləri, onu o həzrətdən, yaxud başqa e`timadlı
şəxslərdən eşidən şəxslər üçün höccət sayılır və onlara itaət etmək
vacibdir. O həzrətdən qəti təvatür əsasında nəql olunmuşdur ki,
Əhli-beytin bəyanları onun öz kəlamları kimidir. Bu və
Peyğəmbərin (s) sair qəti hədislərinə əsasən, Əhli-beytin (ə) sözləri
Peyğəmbərin (s) sözlərinin davamıdır, onlar islamda elmi
mərcəiyyət məqamına malik olmuş, islam elmlərinin və hökmlərinin
bəyan olunmasında heç vaxt xətaya yol verməmişlər; onların
bəyanları şifahi, yaxud nəql olunduğu şəkildə höccət və mö`təbər
sayılır.
Deməli, islami təfəkkürdə mənbə sayılan dini zahirlər iki
cürdür: Kitab və sünnə. Kitab dedikdə Qur`ani-Kərimin ayələrinin
zahiri mə`naları, sünnə dedikdə isə, Peyğəmbər və onun Əhli-
beytindən (ə) nəql olunan hədislər nəzərdə tutulur.
“Cümə” surəsi, ayə-2
1
2 “Əhzab” surəsi, ayə-21