Page 178 - Pure Life 22
P. 178

188 / PURE LİFE, İyirmi ikinci buraxılış, Nəşr il: Yeddinci, 2020 Sentyabr (1399 Məhərrəm)

                     Fasiqlər isə bu bəlaya tutulmaqla qürurları sınır, az da
                  olsa, qorxuya düşür, günahdan və fəsaddan pəhriz (Əslində
                  pərhiz) edirlər.” (Tohide Mufəzzəl, səh. 131, 132, 155)
                     Hicab–qadın       əmniyyətinin       və     gözəlliyinin
                  əvəzolunmaz  sığortasıdır.  Hicab–Uca  Allahın  qadına
                  bəxş etdiyi rəhmət və mərhəmət örtüyüdür. Hicab–İlahi
                  gözəlliyin  nişanəsidir.  İmam  Sadiq  (ələyhissalam)
                  buyurur:  “Gözəl  geyin,  zinətlən!  Allah  Gözəldir  və
                  gözəlliyi sevir. Lakin bu gözəllik pak və halal olmalıdır.”
                     Qadının  gözəlliyi  onun  zahiri  çılpaqlığında  yox,
                  əksinə  onun  mənəvi  cazibədarlığındadır.  Zahiri
                  gözəllik-məcazi və keçici, batini gözəllik isə həqiqi və
                  daimidir.  Özün  də  bilirsən  ki,  səndə  olan  bu
                  “müvəqqəti  gözəllik”  çox  qalmayacaq  və  bir  gün
                  solacaq, nəhayətdə isə çürüyəcək.
                     Elə isə, öz gözəlliyinlə heç zaman öyünmə! Sən çox
                  dəyərlisən.  Sən  çox  qiymətlisən.  Dünyada  heç  nə  və
                  heç  kim  sənin  qiymət  və  dəyərini  azaltmağa  qadir
                  deyil.  Ümidsizliklərin  və  yalançı  vəsvəsələrin  sənin
                  gələcək arzularına kölgə salmağına imkan vermə!
                  Bil ki, sənin Gözəl Allahın var.
                      -  Bil ki, səni Yaradanın var.
                      -  Bil ki, sənə Məhəbbət Edən var.
                      -  Bil ki, sənə Nəzər Edən var.
                      -  Bil ki, sənə Ruzi Verən var.
                      -  Bil ki, səni Qoruyan var. Bil ki...

                     Elə isə, dəyər və qiymətini hiss et! Xalis tövbə edərək
                  Allaha  tərəf  qayıt!  O,  tövbələri  Qəbul  Edəndir.  Ondan
                  heç  vaxt  küsmə!  O,  səni  bağışlayacaq.  Şad  və  düzgün
                  yaşamağa  çalış!  Bil  ki,  sənin  dəyərin  -  özün,  varlığın,
                  vücudun, insanlığın və ən əsası isə HİCABINDIR.
   173   174   175   176   177   178   179   180   181   182   183