Page 181 - Pure Life 22
P. 181

Korona virusu bəhanəsi ilə qadınlara nəsihət  /185

                         Yəqin ki “qurunun oduna yaş da yanar” məsələni
                         eşitmisən.  Əgər  yaş  yanırsa,  özü  də  qurunun
                         oduna yanırsa, “quru” ilə yoldaşlıq etdiyi üçün və

                         nəticədə  alışmağa  icazə  verdiyi  üçün  yanır.  Yaş,
                         yanmamaq  üçün  ya  qurunu  öz  suyu  ilə
                         canlandırmalı, ya da “quru”dan uzaqlaşmalıdır.

                     Eləcə də əgər günahkar bir cəmiyyətə bəla gələndə
                  möminləri  də  tutursa,  bu,  o  günahkarlara  görə  deyil,
                  əslində  möminlərin  öz  səhvinə  görədir.  Möminlər,
                  günahkarlara görə deyil, əksinə “yaxşılıqlara dəvət və
                  pisliklərdən  çəkindirmək”  hökmünə  əməl  etmədikləri
                  üçün bəlaya düçar olurlar.
                     Məsələnin  digər  tərəfi  isə  budur  ki,  möminlər  günah
                  əhli ilə onları günahdan çəkindirmədən rabitədə olduqca,
                  həmin  günah  həm  o  möminlər  üçün,  həm  də  cəmiyyət
                  üçün adləşir. Buna görə də gələn bəla və od hamı üçün
                  gəlir. Burada kimsə digərinin tüstüsünə boğulmur. Allah-
                  təala  birinin  günahına  görə,  digərini  cəzalandırmaz.
                  (Müraciət üçün: “Muddəssir” surəsi, ayə 38)
                     Əziz bacım! Diqqətini aşağıdakı ayənin (qısa da
                  olsa) təfsirinə yönəltmək istərdim:           ُ    ْ ُ
                                   َ
                                          ً
                              َ ّ   ْ َ
                                                   ْ َ َ
                                             َ ُ
                        َ ْ ُ
                                                                   ً َ ْ
                               َ
                                                        َ
                                                    ُ
                                     ُ ْ َ
                                               ْ
                                                              َ
                     .»   باقعلا دیدش هللا نأ اوملعاو ةصآخ مکنم اوملظ نیذلا نبیصت لا  ةنتف اوقتاو َ «
                                                                    ِ
                                                  ِ
                                                         ِ
                         ِ
                             ِ
                                                               ِ
                      ِ
                         Qоrхun (özünüzü hifz еdin) о fitnədən (bəla və
                       müsubətdən) ki, təkcə zalımların ətəyindən tutmаz.
                   (Əksinə, zalımların əməlləri qаrşısındа susduqlarına görə,
                    bu bəla hаmıyа çаtаr). Bilin ki, Аllаh аğır cəzа vеrəndir.
                                     (Ənfal surəsi, ayə 25)
                     “Fitnə”  kəlməsi  Qurani-Kərimdə  bir  neçə  mənada
                  işlənmişdir.  O  cümlədən;  şirk,  küfr,  bəlа,  müsibət,
                  sınаq, işkəncə və əzаb. Bu аyədə isə “ictimаi bəlа və
                  müsibətlər” mənаsındа işlədilmişdir.
   176   177   178   179   180   181   182   183   184   185   186