Page 179 - Pure Life 22
P. 179

Korona virusu bəhanəsi ilə qadınlara nəsihət  /187

                     İmam Sadiq (ələyhissalam) Müfəzzələ belə buyurur:
                  “Əgər  bir  kəs  səndən  zəlzələnin  baş  vermə  səbəbini
                  soruşsa, ona belə cavab ver:

                     Bunlar,  insanların  qafil  olmaması,  günahlardan
                  çəkinməsi və Allahın qüdrəti müqabilində özlərini zəif
                  hesab etməsinə görədir. Bəziləri belə deyirlər ki, əgər
                  dünyanın Mehriban və Rəhimli Yaradanı vardırsa, bəs
                  niyə bu bəlalar və müsibətlər baş verir?
                     Onlar  elə  fikirləşirlər  ki,  insanlar  dünyada  heç  bir
                  çətinlik  və  bəla  görməməlidirlər.  Halbuki,  əgər
                  bəşəriyyət həmişə rifah içində olsa, lovğalıq, sərxoşluq
                  və rahatlıq onları fəsada (günaha) tərəf çəkər.
                     Nəticədə  isə  aləmlərin  Yaradıcısını,  hətta  özlərinin
                  insan  olduqlarını  belə  unudarlar.  Həqiqət  budur  ki,
                  insan  çətinlik  və  müsibətlə  üzləşəndə  onun  acısını
                  dadır,  moizə  olunur,  qəflətdən  ayılır,  öz  vəzifələrini
                  anlayır və bunların hamısını dərk edir.
                     Ey  Müfəzzəl!  Heç  bilirsənmi,  bəlaları  faydasız  və
                  hikmətsiz  hesab  edən  kəslər  kimə  bənzəyirlər?  Onlar,
                  acı  və  şəfalı  dərmanlara  əhəmiyyət  verməyən,  zərərli
                  yeməklərdən  uzaqlaşdırılanda  qəzəblənən,  bekarçılığı
                  və oynamağı sevən uşaqlara bənzəyirlər.”
                     İmam  (ələyhissalam)  sözünün  davamında  yenə  də
                  buyurur: “Əgər səndən - nə üçün bəlalar, həm fasiqlər
                  (Günahkarlar), həm də möminlər üçün gəlir?
                     deyə soruşsalar, onlara belə cavab ver: Bu bəlalara
                  salehlərin  və  fasiqlərin  düçar  olmasına  baxmayaraq,
                  Allah-təala həmin işdə onların hər ikisi üçün  mənfəət
                  qoymuşdur.  Çünki  salehlər  çətinliyə  düşəndə  Allahın
                  keçmiş  nemətlərini  yada  salır,  Ona  şükür  edir  və  öz
                  işlərində səbrə üstünlük verirlər.
   174   175   176   177   178   179   180   181   182   183   184