Page 187 - Pure Life 22
P. 187

Müdirin ön sözü

                  “PURE  LİFE”  jurnalı  bəşərin  həmişəyaşar  mənəvi
                  həyatına açılan bir qapıdır. Əl-Mustafa Beynəlxalq Virtual
                  Universiteti  yer  üzündə  ilahi  maarifi  yaymağı  öz  ülvi
                  vəzifəsi  sayır.  Allah-təalanın  lütfü  ilə  sahib  olduğu  elmi
                  dəyərlər  ilə  yeni  bir  mənəvi  həyatın  təməlini  qoymağa
                  çalışır.  Dünya  və  axirət  səadətini  təmin  etmək  yolunda
                  addımlayır.

                     “PURE  LİFE”  jurnalı  universitetin  tələbələri  üçün  də,
                  elmi-mədəni  fəaliyyətlərini  virtual  fəzada  daha  da  inkişaf
                  etdirmək  və  elmi  dillə  ilahi  maarifi  bəşərin  həyatının
                  müxtəlif sahələrində nəşr etmək yolunda gözəl bir fürsətdir.
                  Ümidvarıq ki, elm nurunun axtarışında olan hər bir şəxsin
                  əməyilə, bu elm və mərifət pəncərəsi daha da faydalı olsun.
   182   183   184   185   186   187   188   189   190   191   192