Page 185 - Pure Life 22
P. 185

1
                  Korona virusu bəhanəsi ilə qadınlara nəsihət
                            Müəllif: Rövşən Əhmədzadə (Azərbaycan)
                                                                   2
                          Alınan Tarix: 24/04/2020                     Qəbul Tarixi: 06/09/2020

                  Məqalənin xülasəsi
                  Allah-təalanın insanlıq üçün qoyduğu qanunlar Qiyamətə qədər
                  öz  aktuallığını  qoruyacaq.  Əziz  Peyğəmbərimizin  (salləllahu
                  ələyhi və alihi və səlləm) zamanında ümmətin etdiyi günahlar,
                  O  Həzrəti  narahat  etdiyi  kimi,  bu  gün  edilən  günahlar  da
                  Zəmanə Sahibini (əccələllahu təala fərəcəhuşşərif) narahat edir.
                  Bəli,  həmin  gühanlardan  biri  də  hicabsızlıqdır.  Dünyaya
                  yayılan “korona” adlı virusun insanların həyatına təsiri də heç
                  kimə  gizli  deyil.  Biz  bu  hadisəni  bir  fürsət  sayıb  əziz
                  bacılarımıza bəzi nəsihətləri edirik.

                  Açar Sözlər: İslam, Korona, Qadın, Hicab


                  Yəqin  ki,  dünyaya  yayılan  “korona”  adlı  virusun
                  insanların  həyatına  təsirini  müşahidə  etdin.  Bu  virus,
                  tamamilə yaşayışı alt-üst etdi. Nizam-intizam bir-birinə
                  dəydi.  Bağçalar,  orta  məktəblər,  institutlar,  bir  sözlə
                  dövlət müəssisələri bağlandı.
                     Bir  ökədən  başqasına,  hətta  bir  şəhərdən  digərinə
                  getmək  qadağan  olundu.  Minlərlə  insan  bu  dəhşətli
                  virusdan həm xəstələndilər, həm də dünyasını dəyişdilər.
                  (Hal-hazırda bu epidemiya davam edir. (aprel, 2020)
                     Həqiqətən  insanların  əksəriyyəti  nankordur.  (İsra
                  surəsi, ayə 67) Belə ki, onlara hər hansı bir çətinlik və
                  bəla üz verərkən tez Allahı çağırar, öz əməllərindən



                  1. Bu məqalə “Əziz bacıma nəsihət” kitabından götürülmüşdür,
                  Nəşr edən: “ООО Типография КЕМ”
                  2. İslam ara؛dırmaları institunun magistrı, Təfsir, İslam ara؛dırmaları
                  institu, Əl-Mustafa Beynəlxalq Universiteti, Qum, İran, kitabullah-14@mail.ru
   180   181   182   183   184   185   186   187   188   189   190