Page 186 - Pure Life 22
P. 186
Baş Redaktorun ön Sözü
Tədqiqat, elm sahəsində həyat şərbəti rolunu oynayır. Onun
inkişafı elmin sərhədlərinin genişlənməsi və çiçəklənməsi
deməkdir. Tədqiqat və araşdırma sahəsinə diqqətsizlik
etmək, elmi inkişafın zəifləməsi və sonda tamamilə
məhvinə gətirib çıxarır. Bu da, cəhlin yaranmasına şərait
yaradır. Belə ki, müasir dünyada sağlam tədqiqatın
olmamasının məhsulu olan “modern cəhalətin” şahidi oluruq.
Elmi sahələrin günbəgün inkişafı, daha çox elmi sahələrə
daxil olmağın zərurətini çatdırır. Bu gün, islam elmlərinin
müxtəlif sahələri beynəlxalq aurada araşdırılmalı və düzgün
təqdim edilməlidir.
"PURE LİFE” jurnalı əl-Mustafa Virtual Universitetinin
tələbələrinə öz elmi-tədqiqat əsərlərini buraya təqdim
etmək üçün şərait yaradaraq, tələbə əsərlərinin elmi səthini
inkişaf etdirməyə və islami-humanitar sahələrdə fəaliyyət
göstərən araşdırmaçıların əlaqələrinin möhkəmlənməsinə
xidmət edir.
"PURE LİFE" jurnalı hər fəsldə, bir neçə dildə, elektron
versiyada elmi məqalələrlə nəşr edilir. Bu nömrəmizdə,
xüsusi buraxılışımız: “Din və təbii fəlakətlər Korona
Virusu; fürsətlər və problemlər (2)” mövzusundadır.
Jurnalda fars, ərəb və Azərbaycan, dillərində yeddinci üstün
elmi məqalə mِövcuddur.
“PURE LİFE” jurnalı Əl-Mustafa nəşriyyat şurasının,
həmçinin, İran İslam Respublikası İslam Mədəniyyəti və
İncəsənəti Nazirliyinin fərmanına əsasən, bu jurnal,
əl-Mustafa Beynəlxalq Virtual Universitetinin ilk elmi-
tədqiqat gurnalı olaraq, dəyərli alimlərin və tələbələrin elmi
əsərlərini qəbul edir.