Page 99 - Pure Life 04
P. 99

98)  / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
                  Xristianlıqda  da  yalançı  şahidlik  qadağan  edilmişdir:
               “Yalan  yerə  şahidlik  etməyin.”  (Matta  İncili  19/  18,  19)
               “Düşmənlərinizi  sevin,  sizdən  nifrət  edənlərə  yaxşılıq
               edin,  sizi  lənətləyənlərə  yaxşılıq  diləyin.  Sizi  təhqir
               edənləri dua edin... Sizə yaxşılıq edənlərə yaxşılıq etsəniz,
               bu sizə nə tərif qazandırar? Günahkarlar da bu cür edər.”
               (Luka İncili 6/27-33)
                  Dini  dəyərlərin  olmadığı  bir  cəmiyyət  və  mədəniyyət
               təsəvvür  etmək  çətindir.  Bir  dəstə  din  və  mədəniyyət
               arasındakı  bütün  əlaqələri  inkar  ediblər,  amma  bu  baxış
               düzgün  deyil.  Əlbəttə  bu  məsələ  aydındır  ki,
               mədəniyyətlərin  bəzisi  təkamülə  yetişməkdə  olan  səmavi
               dinlərin  uca  hədəflərinə  qarşı  olduqlarına  görə,  dinlə
               uyğun olmaya bilirlər. Ona görə də din onları qəbul etmir.
               Amma  mədəniyyətlərin  çoxu,  dinin  proqramları  ilə
               uyğundurlar.  Ona  görə  də  din  onları  təsdiqləyir.  Digər
               tərəfdən,  çox  vaxt  mədəniyyətlər  dinlərin  gətirdiyi
               qaydalar əsasında, dinlərin vasitəsilə yaranırlar.
                  Hər mədəniyyətin  yaranmasında az ya çox, birbaşa ya
               dolayısı  ilə  din  və  əxlaqın  rolu  vardır.  Ola  bilər,  bəzi
               mədəniyyətlərdə  din  faktoru  daha  zəif,  daha  fərqli  ola
               bilər. Amma ortaya çıxan sosial gerçək budur ki, dinlə heç
               bir əlaqəsi olmayan mədəniyyətdən danışmaq çox çətindir.

               Mənbələr
                   1.  Qurani-kərim.
                   2.  Kənzül-ümmal.
                   3.  Qədim-əhd (Müqəddəs kitab).
                   4.  Nəhcül-bəlağə.
                   5.  “Tarixdəki Yüz Böyük İnsan”, Michael Hart.
                   6.  Yeni-əhd (İncilllər).
   94   95   96   97   98   99   100   101   102   103   104