Page 98 - Pure Life 04
P. 98
DİNİN MƏDƏNİYYƏT ÜZƏRİNDƏ TƏSİRİ /97
Hind dinlərində də zina qadağan edilmişdir. Ailəyə dini
və sosial baxımdan dəyər verən hinduizmə görə cinsi
ehtiyaclar qeyri-qanuni yollarla təmin edilməməli və
zinadan uzaq durulmalıdır. Buddizmdə isə zina etməmək,
əməl edilməsi lazım olan 5 qanundan biridir. Bir buddist
nəfsini və bədənini kontrol etməli, hər növ şəhvətdən və
pis hisslərdən özünü qorumalıdır. Çünki cinsi ehtiyacları
təmin etmək hər növ çirkinliyin qaynağıdır.
• Yalançı şahidlik - Doğruluğa əmr edən dinlər yalan
danışmağı və yalançı şahidliyi qadağan etmişlər. Yalan
danışmaq insanlar arasından güvən və etibar duyğusunu
zədələyir. Yalançı şahidlik isə ədalətin bərqərar
olunmasının qarşısını alar və günahsız insanların nahaq
yerə cəzalandırılmasına səbəb olar.
İslam dini yalançı şahidliyi qadağan etmiş və bu barədə
Quranda buyurulmuşdur: “Yalan sözlərdən də çəkinin.”
(Həcc - 30)
Yalançı şahidliyin qadağan edilməsi Qurani Kərimdə
bu cür ifadə edilir: “Ey iman gətirənlər! Allah qarşısında
(borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli
şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi
ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya
daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən
xəbərdardır!” (Maidə - 8)
Yalançı şahidlik etməmək yəhudiyin “10 Əmr”indən
biridir. “Qonşuna qarşı yalandan şahidlik etməyəcəksən!”
“Yalandan xəbərçilik etməyəcəksiniz. Yalançı şahidlik
edərək haqsız yerə pis adamın tərəfini tutmayacaqsınız!”
(Müqəddəs Kitab) Rəbbinin nifrət etdiyi 6 şey, iyrəndiyi 7
şey vardır: Qürurlu gözlər, yalançı dil, günahsız qan tökən
əllər, kələkbaz qəlb, pisliyə tələsdirən ayaqlar, yalan
qoxan yalançı şahid və qardaşlar arasında düşmənçilik
yaradan insan.” (Tövrat. Süleymanın sözləri 6/19 - 19)