Page 97 - Pure Life 04
P. 97

96)  / PURE LİFE, ikinci nəşr ili, Dördüncü buraxılış, (Camadiüs-sani 1437. İsfənd 1394. Mart. 2016)
                  Yəhudilikdə  “10  Əmr”dən  biri  də  oğurluq  etməməkdir.
               Tövratda insanların mallarına göz dikmək, onları haqsız yerə
               almaq  günah  sayılmış  və  bu  günahı  işləyənlərə  qarşı  sərt
               cəzalar  tətbiq  edilmişdir.  “Oğurluq  etməyəcəksiniz,  hiylə
               işlətməyəcəksiniz. Oğru oğurladığı  şeyin qarşılığını mütləq
               ödəməlidir.  Heç  nəyi  yoxdursa,  oğurluq  etdiyinə  görə  qul
               olaraq satılacaqdır.” (Müqəddəs kitab. Levlilər 19/ 11)
                  Hinduizm  və  Buddizmdə  də  oğurluq  qadağan
               edilmişdir.  Buddizmin  5  qanunundan  biri  də  oğurluq
               etməməkdir.  Bu  dinlərdə  oğurluq  etmək  insanın  mənəvi
               yolunda  bir  maneədir.  Nəfslərinə  uyub  başqalarının
               mallarını göz dikənlər çirklənmiş insanlar hesab edilir.
                  •   Zina etmək - İnsan nəslini təhdid edən, fərdlərin iffət
               və  namus  dəyərlərini  yox  edən  zina,  tarix  boyunca
               cəmiyyətlər və dinlər tərəfindən zərərli bir davranış hesab
               edilmişdir. Hüquqi, əxlaqi və bəzi siyasi sistemlər zinanın
               qarşısını almaq üçün qanunlar və cəzalar müəyyən etmişlər.
                  İslam dini də zinanı əxlaqsızlıq və böyük günahlardan
               hesab edir. Bu səbəbdən Qurani Kərimdə zinaya səbəb ola
               biləcək  düşüncə,  söz  və  davranışlar  qadağan  edilmişdir.
               Belə  ki,  buyurulmuşdur:  “Zinaya  da  yaxın  düşməyin.
               Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (İsra - 32)
                  Yəhudilikdə  də  zina  pis  və  qadağan  edilmiş
               davranışlardandır.  “10  Əmr”  dən  biri  olan  “zina
               etməyəcəksən” (Müqəddəs kitab) əmri hər yəhudinin əməl
               etməsi  vacib  olan  əsas  qanunlardandır.  Tövratda  zinanın
               hər növü  qadağan edilmiş və bu işi görənlər sərt şəkildə
               cəzalandırılmışlar. (Müqəddəs kitab, Levlilər 18/1, 30)
                  Xristianlıqda     da    zina    böyük      günahlardandır.
               Xristianlıqda zina etmək haram olduğu kimi, hər hansı bir
               qadına  pis  nəzərlə  baxmaq  da  zina  etmək  sayılır.  İncilə
               görə  birinin  əxlaqsızlıq  istisna  olmaqla,  öz  yoldaşını
               boşaması düzgün deyildir. (Matta İncili 5/ 37, 32)
   92   93   94   95   96   97   98   99   100   101   102