Page 125 - Pure Life 11
P. 125

Müdirin ön sözü

                  “PURE  LİFE”  jurnalı  bəşərin  həmişəyaşar  mənəvi
                  həyatına  açılan  bir  qapıdır.  Əl-Mustafa  Beynəlxalq
                  Virtual Universiteti yer üzündə ilahi maarifi yaymağı öz
                  ülvi  vəzifəsi  sayır.  Allah-təalanın  lütfü  ilə  sahib  olduğu
                  elmi  dəyərlər  ilə  yeni  bir  mənəvi  həyatın  təməlini
                  qoymağa  çalışır.  Dünya  və  axirət  səadətini  təmin  etmək
                  yolunda addımlayır.

                     “PURE LİFE” jurnalı universitetin tələbələri üçün də,
                  elmi-mədəni  fəaliyyətlərini  virtual  fəzada  daha  da  inkişaf
                  etdirmək  və  elmi  dillə  ilahi  maarifi  bəşərin  həyatının
                  müxtəlif  sahələrində  nəşr  etmək  yolunda  gözəl  bir
                  fürsətdir. Ümidvarıq ki, elm  nurunun axtarışında olan hər
                  bir  şəxsin  əməyilə,  bu  elm  və  mərifət  pəncərəsi  daha  da
                  faydalı olsun.
   120   121   122   123   124   125   126   127   128   129   130