Page 126 - Pure Life 11
P. 126

Baş Redaktorun ön Sözü
               Tədqiqat,  elm  sahəsində  həyat  şərbəti  rolunu  oynayır.  Onun
               inkişafı  elmin  sərhədlərinin  genişlənməsi  və  çiçəklənməsi
               deməkdir. Tədqiqat və araşdırma sahəsinə diqqətsizlik etmək,
               elmi  inkişafın  zəifləməsi  və  sonda  tamamilə  məhvinə  gətirib
               çıxarır.  Bu  da,  cəhlin  yaranmasına  şərait  yaradır.  Belə  ki,
               müasir dünyada  sağlam tədqiqatın olmamasının məhsulu olan
               “modern cəhalətin” şahidi oluruq.
                  Elmi  sahələrin  günbəgün  inkişafı,  daha  çox  elmi  sahələrə
               daxil  olmağın  zərurətini  çatdırır.  Bu  gün,  islam  elmlərinin
               müxtəlif  sahələri  beynəlxalq  aurada  araşdırılmalı  və  düzgün
               təqdim edilməlidir.
                  "PURE  LİFE”  jurnalı  əl-Mustafa  Virtual  Universitetinin
               tələbələrinə  öz  elmi-tədqiqat  əsərlərini  buraya  təqdim  etmək
               üçün  şərait  yaradaraq,  tələbə  əsərlərinin  elmi  səthini  inkişaf
               etdirməyə  və  islami-humanitar  sahələrdə  fəaliyyət  göstərən
               araşdırmaçıların əlaqələrinin möhkəmlənməsinə xidmət edir.
                  "PURE  LİFE"  jurnalı  hər  fəsldə,  bir  neçə  dildə,  elektron
               versiyada elmi məqalələrlə nəşr edilir. Bu nömrəmizdə, xüsusi
               buraxılışımız: "Dini Təlimlərin Keyfiyyətini Artırmaq üçün
               Virtual  Aləmin  Təsirini  Tanıma  (2)  Mövzusunda  İlk
               Beynəlxalq  Konfrans"  mövzusundadır.  Jurnalda  İngilis,
               Azərbaycan,  Türk  və  Fransız,  dillərində  doqquz  üstün  elmi
               məqalə mِövcuddur.
                  “PURE  LİFE”  jurnalı  Əl-Mustafa  nəşriyyat  şurasının,
               həmçinin,  İran  İslam  Respublikası  İslam  Mədəniyyəti  və
               İncəsənəti  Nazirliyinin  fərmanına  əsasən,  bu  jurnal,  əl-
               Mustafa Beynəlxalq Virtual Universitetinin ilk elmi-tədqiqat
               gurnalı olaraq, dəyərli alimlərin və tələbələrin elmi əsərlərini
               qəbul edir.
   121   122   123   124   125   126   127   128   129   130   131